Mobil versiya
Elmar Məmmədyarov Pakistan səfirini qəbul edib
Tarix: 18-06-2015 | Saat: 11:59
Bölmə:Siyasət / Manşet / Karusel | çapa göndər


Fikir mübadiləsi aparılıb.

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Pakistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Xalid Usman Qayseri qəbul edib.

Aia.az xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, görüş zamanı E. Məmmədyarov Azərbaycan-Pakistan münasibətlərinin inkişaf dinamikasından məmnunluğunu ifadə edərək, bu xüsusda yüksək səviyyəli qarşılıqlı səfərlərin əlaqələrin daha da dərinləşməsində önəmli rol oynadığını qeyd edib.

Nazir həmçinin Pakistanın Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ədalətli mövqeyinə dəyişməz dəstəyinin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

Səfir X. Qayser isə iki dövlət arasında əməkdaşlığın bütün sahələrində uğurlu tərəfdaşlıq qurulduğunu bildirərək, siyasi müstəvidə qarşılıqlı dəstəyin münasibətlərin xarakterində vacib faktor olduğunu vurğulayıb.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi

51 056 dəfə oxunub.


Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
31-05-2020
30-05-2020
{sape_links}{sape_article}