Mobil versiya
Bakıda keçirilən və girişi $ 10.000 (min) olan "Billionaire Club"dan möhtəşəm görüntülər VİDEO
Tarix: 20-06-2016 | Saat: 13:25
Bölmə:Gündəm | çapa göndər



"Billionaire Club"-un təşkilatçılığı ilə üç gün parti keçirilib

Bakıda keçirilən Formula-1 Avropa Qran-prisi çərçivəsində "Billionaire Club"-un təşkilatçılığı ilə üç gün parti keçirilib.
Aia.az məlumat verir ki, partidə əsas sürprizlərdən biri Dj Magnumun möhtəşəm çıxışı olub. Müxtəlif rəqs şouları, rəngarəng səhnə geyimləri gecəyə daha da rəng qatıb.

20 cazibədar modelin iştirak etdiyi əsrarəngiz gecəyə məşhur simalardan Enriki İqlesias, Kris Braun və Farel Uilyams qonaq qismində qatılıblar.

Partidə iştirak edən məşhur simalar, tanınmış iş adamları və modellər öz təssüratlarını sosial şəbəkələrdə bildiriblər.

Qeyd edək ki, "Billionaire Club" artıq bir neçə müddətdir ki, fəaliyyət göstərir. Dünyanın müxtəlif ölkələrində təşkil olunan bu möhtəşəm partiyə əsasən tanınmış iş adamları, məşhur simalar, dünya ulduzları, modellər, "Formula1"-in pilotları qatılırlar.





















Məlumatlanmaq üçün Facebook səhifəmizi

5888 dəfə oxunub.


Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-07-2020