Mobil versiya
Fransa Ermənistanı öz geosiyasi maraqları naminə alət olaraq istifadə edir - ŞƏRH
Tarix: 05-01-2023 | Saat: 11:31
Bölmə:Siyasət | çapa göndər

Fransa Ermənistanı öz geosiyasi maraqları naminə alət olaraq istifadə edir

Fransa növbəti dəfə Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasında (TŞ) Azərbaycan əleyhinə hazırladığı layihənin qəbul olunmasına nail ola bilmədi. Bu isə birinci hal deyil. Qırx dörd günlük Vətən müharibəsində və ondan sonra da Emmanuel Makron Fransası BMT TŞ-də bir neçə dəfə təxribat xarakterli, erməniyönlü qətnamələrin qəbul olunmasına cəhd edib. Lakin onun bu cəhdi beynəlxalq birlik tərəfindən kifayət qədər dəstəklənməyib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev vurğulayıb.

“Fransa dövlətinin BMT kimi mötəbər beynəlxalq təşkilatda Azərbaycana məğlub olmasının əsas səbəbi Prezident İlham Əliyevin şəxsi nüfuzu və apardığı çoxvektorlu xarici siyasət kursudur. Belə ki, Qoşulmama Hərəkatında effektiv sədrliyimiz, Avropa İttifaqının enerji təhlükəsizliyində əhəmiyyətli rolumuz, ikitərəfli və çoxtərəfli münasibətlərdə etibarlı müttəfiqliyimiz, hər zaman ədalətin yanında olmağımız dünya ölkələri arasında dostlarımızın sayının artması ilə nəticələnib”, - deyə deputat bildirib.

Bir çox güclü ölkələr arasında dostlarımızın, müttəfiqlərimizin kifayət qədər olduğunu diqqətə çatdıran Nəsib Məhəməliyev deyib: “Onların hər biri Azərbaycanla iqtisadi, siyasi, mədəni münasibətlərin qurulmasında maraqlıdır və ölkəmiz hər zaman əməkdaşlığa açıqdır. O cümlədən Fransa ilə məhsuldar əməkdaşlıq münasibətləri qurulub. Əfsuslar olsun ki, bu ölkənin siyasi isteblişmentinin qeyri-praqmatik davranışları nəticəsində əlaqələr zədələnib”.

Nəsib Məhəməliyev əlavə edib ki, erməni diasporunun, onlara lobbiçilik edən qüvvələrin fəaliyyəti beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması ilə yanaşı, iqtisadi baxımdan bu ölkənin ziyanına işləyib. Onun BMT TŞ-də və Frankofoniyada istədiyi qətnamələri qəbul etdirə bilməməsi isə siyasi baxımdan nüfuzunu zədələyib.

“Fransa məğlubiyyətə baxmayaraq, təxribatlarını davam etdirəcək. Söhbət təkcə Ermənistandan getmir. Fransa Ermənistanı öz geosiyasi maraqları üçün Türkiyə və Azərbaycan əleyhinə alət olaraq istifadə edir. Ona görə də siyasətimizi qurarkən bu amilləri nəzərə almalıyıq”, - deyə deputat vurğulayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-04-2024