Mobil versiya
Lavrovla Çavuşoğlu arasında telefon danışığı oldu
Tarix: 29-12-2022 | Saat: 16:24
Bölmə:Dünya / Siyasət | çapa göndər

Lavrovla Çavuşoğlu arasında  telefon danışığı oldu

“Yaxın vaxtlarda rusiyalı həmkarım Sergey Lavrovla danışmağı planlaşdırıram”.

aia.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 2022-ci ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Rusiya-Ukrayna müharibəsi qlobal təhlükəsizliyə ən böyük təhdiddir: “İlk vaxtdan bəri sülh üçün çalışırıq. BMT ilə birlikdə “Taxıl razılığı”na nail olduq. Həmçinin Zaporojye Atom Elektrik Stansiyasının təhlükəsizliyinin təmin olunmasına, əsir mübadiləsinə kömək etdik”.

Nazirin sözlərinə görə, bu il Türkiyə və İsrail arasında qarşılıqlı olaraq səfirlər təyin edilib: “Misirlə əlaqələrin normallaşması isə daha yavaş davam edir”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-04-2024