Mobil versiya
Qarabağın, Şərqi Zəngəzurun döyüş meydanında azad edilməsi tarixi hadisədir və Azərbaycan durduqca Azərbaycan tarixində qalacaq
Tarix: 29-12-2022 | Saat: 15:00
Bölmə:Siyasət | çapa göndər

Qarabağın, Şərqi Zəngəzurun döyüş meydanında azad edilməsi tarixi hadisədir və Azərbaycan durduqca Azərbaycan tarixində qalacaq

Ölkə Prezidenti cənab İlham Əliyev dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanışlıq və Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə keçirdiyi görüşün gedişində hər zaman olduğu kimi, son dərəcə vacib məsələlərə toxunmuş, Azərbaycan xalqının bütün beynəlxalq konvensiyalarda təsbit edilmiş hüquqlarının təmin edilməsi istiqamətində atılmalı olan zəruri addımlar barədə fikirlərini açıq və net şəkildə ifadə etmişdir. Dövlət başçımızın çıxışının əsasında duran Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanması ideyası mahiyyət etibarı ilə bütün Azərbaycan xalqının iradəsinin ifadəsidir və bu ideya tezliklə həyata keçirilməlidir. Cənab Prezidentin qeyd etdiyi kimi, Azərbaycanın tarixi torpaqlarında ermənilərin xarici havadarlarının köməyi ilə yaratdıqları Ermənistan bu gün Avrasiya məkanında mövcud olan yeganə monoetnik dövlətdir.

Bu gün azad edilmiş torpaqlarda yaşayırıq, qururuq, yaradırıq, dağıntıları aradan qaldırırıq və dünyaya göstərməyə çalışırıq ki, gəlin, baxın, gözlərinizi açın, bu vəhşilikləri törədən sizin sevimli erməni xalqıdır.Qarabağın, Şərqi Zəngəzurun döyüş meydanında azad edilməsi tarixi hadisədir və Azərbaycan durduqca Azərbaycan tarixində qalacaq.Bu il əldə edilən həm hərbi, həm siyasi uğurlarımız da gələcək üçün zəmin yaradır.Həm qayıdış üçün, həm təhlükəsizlik üçün, həm Azərbaycanı güclü dövlət kimi qəbul etmək istəməyənlər üçün də bir dərs oldu və bir daha göstərdi ki, bizi heç kim və heç nə dayandıra bilməz. Xalqımız əsrlər boyu öz hüquqlarını qorumaq üçün, öz tarixi torpaqlarında yaşamaq üçün böyük fədakarlıq göstərmişdir. Ancaq buna baxmayaraq, tarixin müxtəlif vaxtlarında bizim xalqımız öz doğma torpaqlarından məhrum edilmişdir.

Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın iki il bundan öncə apardığı və tarixi Qələbə ilə başa vurduğu İkinci Qarabağ müharibəsi, eləcə də 44 gün ərzində hərbi əməliyyatlara paralel olaraq davam edən informasiya müharibəsi onu göstərdi ki, bu, böyük əhəmiyyət kəsb edən amildir. Məhz bütün bunlardan sığortalanmaq üçün Azərbaycan mütləq Ermənistan sərhədi istiqamətində daha əlverişli mövqelərə sahib olmalı idi və buna da nail oldu. Bu gün Azərbaycanın mövqelərindən artıq Göyçə gölünü görmək olur.Həmçinin Azərbaycanın nəzarətində olan yüksəkliklərdən hətta Naxçıvan dağları da görsənir. Bu, həqiqətən də tarixi nailiyyətdir. Dövlət başçımızın dediyi kimi, qərbi azərbaycanlılar qanunsuz olaraq dəfələrlə deportasiyaya məruz qalmış toplumdur. Onların hüquqları bərpa edilməlidir və onlar öz doğma torpaqlarına qayıtmalıdırlar.

Jalə Abdullayeva,
Gədəbəy rayon Təhsil sektoru, Şəkərbəy kənd tam orta məktəbinin direktoru
YAP fəalı
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
08-05-2024