Mobil versiya
Siyasi iradə və prinsipial mövqe
Tarix: 29-12-2022 | Saat: 12:37
Bölmə:Siyasət | çapa göndər

Siyasi iradə və prinsipial mövqe



24 dekabr 2022-ci il tarixində Prezident İlham Əliyevin Qərbi Azərbaycanİcmasının ziyalıları ilə görüşü keçirilmişdir.Ermənistanın 30 illik işğalına möhtərəm Prezident, müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə yenilməz ordumuz 44 gün ərzində son qoydu.10 noyabr 2020-ci il tarixi xalqımızın yaddaşına əbədi həkk olundu.Həmin gün Ermənistanın məğlubiyyəti rəsmən təsdiqləndi. İllərlə həsrətlə gözlədiyimiz böyük qayıdış tarixi hadisəsi reallığa çevrildi.Hazırda isə böyük qələbəmizdən sonra yaranan yeni reallıqda ən mühüm vəzifələrdən biri Qərbi Azərbaycandan qaçqın düşmüş vətəndaşlarımızın öz yurdlarına qayıtması məsələsidir.


Dövlət başçımız görüş zamanı çıxışında bildirmişdir ki, “ Qərbi Azərbaycanbizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixixəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir.Ancaq əfsuslar olsun ki,ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, diniabidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsinisilmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var,xəritələr var.Gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar.Cənab İlham Əliyevin dekabrın 24-də Qərbi Azərbaycan icmasının üzvləri ilə keçirdiyi görüşdə tarixi tapşırığının əsasında məhz bu amil dayanır. XX əsrdə xalqımız nə qədər böyük bəlalarla üzləşmişdir.Ancaq, o, sınmadı, əyilmədi, inamını itirmədi, güc topladı və nəticədə istədiyinə nail oldu.İki il bundan əvvəl biz öz tarixi missiyamızı şərəflə yerinə yetirərək ədaləti bərpa etdik, düşmənləri torpaqlarımızdan qovduq, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdik.Bu gün azad edilmiş torpaqlarda yaşayırıq, qururuq, yaradırıq, dağıntıları aradan qaldırırıq və dünyaya göstərməyə çalışırıq ki, gəlin, baxın, gözlərinizi açın, bu vəhşilikləri törədən sizin sevimli erməni xalqıdır.Biz heç vaxt tariximizi təhrif etməməliyik.1920-ci ildə Sovet hökumətinin qərarı və erməni millətçilərinin təkidi ilə bizim digər tarixi torpağımız Zəngəzuru da Azərbaycandan ayırıb Ermənistana birləşdirdilər. Bu, xalqımıza qarşı növbəti cinayət idi, məqsədi tam aydın idi. Birincisi, erməni millətçiləri sovet hökumətində mühüm vəzifələrdə idi. Digər tərəfdən, bu qərar Azərbaycanı Naxçıvandan və Türkiyədən coğrafi nöqteyi-nəzərdən ayırmaq üçün atılmış bir addım idi. Xalqımız növbəti deportasiyaya məruz qalmışdır.1948–1953-cü illərdə yüz minlərlə azərbaycanlının indiki Ermənistan ərazisindəki əzəli yurdlarından köçürülməsi xalqımıza qarşı erməni təcavüzünün qanlı səhifələridir.Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının bir neçə istiqamət üzrə həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə öz işini davam etdirməsinin zəruri olduğunu vurğuladı. Qarabağ həqiqətləri dünya ictimaiyyətinə çatdırıldığı kimi, Qərbi Azərbaycan həqiqətləri də çatdırılmalıdır. Bu işdə dövlət və icmanın fəaliyyəti ilə yanaşı, qərbi azərbaycanlılarla bağlı yaradılan təşkilatlar da aktiv olmalıdır. Onların fəaliyyəti də artmalıdır.

Möhtərəm Prezident İlham Əliyev xüsusi olaraq vurğulayıb ki, sentyabr toqquşmaları bizi gələcəkdə böyük problemlərdən sığortalayacaq.Çünki Ermənistanda revanşist qüvvələr baş qaldırır. Ermənistanda cəmiyyətin şüuru o qədər zəhərlənib, azərbaycanofobiya o qədər geniş vüsət alıb ki, orada faktiki olaraq normal düşüncəyə malik olan qalmayıb.Ona görə onlar revanş fikri ilə yaşayırlar. Onlar yenə də ümid edirlər ki, kimsə gələcək onların əvəzinə bizimlə müharibə aparacaq, onlar da hər zaman olduğu kimi, hansısa himayədarın arxasında gizlənərək yenə də bizə qarşı öz məkrli planlarını həyata keçirəcəklər.Bu gün Laçın yolunda baş verən hadisələr növbəti anti-Azərbaycan isterikasına səbəb olub.Burada təkcə Ermənistan yox, bəlkə də,daha çox onların xaricdəki havadarları, arxalarında dayanan dövlətlər yenə də Azərbaycana qarşı qarayaxma kampaniyası başlamışdır.Bizim təbii sərvətlərimiz istismar edilir, təbii sərvətlərimiz daşınır.Lakinheç kim bizə təsir göstərə bilməz.İkinci Qarabağ müharibəsi bunu göstərdi, müharibədən keçən iki il bunu göstərdi. Zənglər ola bilər, hansısa bəyanatlar ola bilər, onlara əhəmiyyət vermək lazım deyil. Sadəcə olaraq, siyasi nəzakət naminə biz bu zənglərə cavab veririk. Ancaq bu, bizim mövqeyimizi zərrə qədər dəyişməyəcək.

Doğum gününü Qərbi Azərbaycan İcmasının nümayəndələri ilə birgə qeyd etdiyini bildirən dövlətimizin başçısı xüsusilə vurğuladı ki, Qərbi azərbaycanlılar da heç vaxt inamlarını itirməməli, eyni zamanda, addımlar atmalı, fəal olmalıdırlar. Nəyi, necə və nə zaman edəcəyini dəqiq bilən cənab Prezidentimiz görüşün sonunda dedi: “Gün gələcək, biz Qərbi Azərbaycanda da belə gözəl məclis keçirəcəyik və bu günü xatırlayacağıq”.Artıq işğaldan azad olunmuş torpaqlarımızda həyat canlanır.Məcburi köçkünlərimizin öz torpaqlarına qayıdırlar. Bu arzumuz reallaşdı. İnanırıq ki, haqq öz yerini tapacaq və çox çəkməyəcək ki, İrəvana, Göyçəyə, Zəngəzura qayıdış arzularımız da gerçək olacaq.Qərbi azərbaycanlıların öz tarixi torpaqlarına qayıdışı xalqımızın bütün beynəlxalq konvensiyalarda təsbit edilmiş hüququdur və bu hüquq təmin edilməlidir.Bu məqsədlə Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanması ideyası müdrik fikirdir və cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə tezliklə mükəmməl bir sənədin hazırlanacağı artıq heç kimdə şübhə doğurmur. Dövlət başçımızın dediyi kimi, qərbi azərbaycanlılar qanunsuz olaraq dəfələrlə deportasiyaya məruz qalmış toplumdur. Onların hüquqları bərpa edilməlidir və onlar öz doğma torpaqlarına qayıtmalıdırlar.Qərbi Azərbaycan İcmasının qarşısında duran əsas strateji məqsəd də məhz bu qayıdışın təmin edilməsidir.

Anar Məmmədov,
YAP Gədəbəy rayon təşkilatının məsul əməkdaşı
aia.az





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
08-05-2024