Mobil versiya
Putinin İlham Əliyev və Paşinyanla ayrıca görüşü olacaq
Tarix: 26-12-2022 | Saat: 14:56
Bölmə:Siyasət | çapa göndər

Putinin İlham Əliyev və Paşinyanla ayrıca görüşü olacaq

MDB-nin Sankt-Peterburqda keçiriləcək qeyri-rəsmi sammitində Rusiya prezidenti Vladimir Putinin Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla üçtərəfli görüşü nəzərdə tutulmayıb.

aia.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

"Xeyr, üçtərəfli görüş olmayacaq, lakin bu qeyri-rəsmi görüş çərçivəsində ikitərəfli əlaqələr şübhəsiz ki, baş tutacaq", - o vurğulayıb.

Qeyd edək ki, dekabrın 26-27-də Sankt-Peterburqda MDB ölkələrinin qeyri-rəsmi sammiti keçiriləcək. Hər iki ölkə liderləri sammit üçün Rusiyaya səfər edib. (unikal)

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-05-2025