Mobil versiya
Jurnalistlərin atıcılıq yarışı keçiriləcək
Tarix: 18-06-2016 | Saat: 16:15
Bölmə:Media | çapa göndər

Jurnalistlərin atıcılıq yarışı keçiriləcək





Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, Milli Mətbuat Şurası, Azərbaycan İdman Jurnalistləri Assosiasiyası, Azərbaycan Atıcılıq Federasiyası və Sportsman jurnalının birgə təşkilatçılığı ilə iyun ayının 25-də, Azərbaycan Respublikasının Silahlı Qüvvələri gününə həsr olunmuş jurnalistlərin atıcılıq yarışı keçiriləcək.

Yarış, iyun ayının 25-i, saat 16:00-da Novxanı Atıcılıq Mərkəzində "Döyüşə Hazırıq" devizi altında başlayacaq. Turnirin qaliblərinə və xüsusi fərqlənənlərə diplom və qiymətli hədiyyələr təqdim olunacaq.

Turnirdə iştirak etmək istəyənlər (070) 211 44 45 nömrəsinə zəng etməklə və ya
[email protected] ünvanına məktub yazmaqla qeydiyyatdan keçə bilərlər.

İnformasiya dəstəyi: "Radio Antenn 101 FM", "İdman" qəzeti, "Olimpiya dünyası" qəzeti, "Trend.Az", "Day.Az", "Milli.Az" portalları


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024