Azərbaycanın elektrik enerjisinin Avropaya çatdırılması üçün müvafiq saziş imzalanmışdır
Tarix: 26-12-2022 | Saat: 13:09
Bölmə:Siyasət | çapa göndər

Azərbaycan-Serbiya dövlətləri arasındakı əlaqələrin dinamikası çox müsbətdir. Bir çox sahələr üzrə əməkdaşlığın böyük tarixi var.Serbiya və Azərbaycan strateji tərəfdaşdırlar, strateji tərəfdaşlığa dair bir neçə sənəd imzalanmışdır.Ölkələrimiz hər zaman bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib, dəstəkləyir və bu siyasət dəyişməz olaraq qalacaq.Azərbaycan özünün tranzit ölkə, həmçinin ənənəvi və yaşıl enerji mənbəyi kimi potensialını, Avropanın bu istiqamətlərdəki tələbatının qarşılanmasındakı rolunu artırmaq üçün ciddi addımlar atmaqdadır.
Ölkələrimiz arasında həyata keçirilmiş yüksək səviyyəli səfərlər zamanı əldə edilmiş razılaşmaların, imzalanmış sənədlərin iki ölkə arasında əməkdaşlığın hərtərəfli inkişafı üçün güclü hüquqi bazanı formalaşdırıb.Bildiyimiz kimi, 2013-cü ildə Azərbaycan və Serbiya arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Bəyannamə, 2018-ci ildə imzalanmış strateji tərəfdaşlıq üzrə Birgə Fəaliyyət Planı əhəmiyyət kəsb edir. Azərbaycan və Serbiya arasında strateji tərəfdaşlıq səviyyəsində olan əlaqələr ildən-ilə genişlənir. İkitərəfli əlaqələrin daha da geniş miqyas alması üçün potensial böyükdür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Serbiya prezidenti Aleksandr Vuçiçlə görüşdən sonra mətbuta verdiyi Bəyanatında energetika sektoru əməkdaşlığın bir hissəsi olduğu qeyd olunmuşdur. Son vaxtlar bu sahə daha böyük əhəmiyyət kəsb edir. Azərbaycanın təbii resursları artıq müxtəlif istiqamətlər üzrə ixrac edilir, həmçinin Avropa qitəsinə, o cümlədən Serbiyaya qonşu olan ölkələrə. Həm təbii qaz, həm elektrik enerjisi ilə əlaqədar əməkdaşlıq üçün imkanlar var, müvafiq danışıqlar aparılmışdır. Gələn ildən başlayaraq Azərbaycanın elektrik enerjisinin Serbiyaya ixrac edilməsi üçün əminəm ki, əməli addımlar atılacaqdır. Hazırda ölkələr arasında əlaqələrin daha bir istiqaməti nəqliyyat-logistika sahəsidir. Belə ki, Azərbaycan və Serbiya ərazilərindən beynəlxalq nəqliyyat dəhlizlərinin keçdiyini, bu sahədə uzlaşma və bağlantının yaradılması üçün hər iki ölkə üçün əhəmiyyətli olacaqdır.Bu gün enerji istehsalı və ötürülməsi yeni inkişaf mərhələsinə qədəm qoyub. Dünyanın aparıcı ölkələri, o cümlədən Serbiya ilə qarşılıqlı faydalı əlaqələr qurulmasına yönəlmiş strateji xətt elektrik energetikası sisteminə xarici sərmayələrin cəlb olunmasına imkan yaradır. Bu imkanlardan Azərbaycan energetika sisteminin mövcud potensialının səmərəliliyinin artırılmasında, enerji təsərrüfatının yenidən qurulmasında və yeni güclərin yaradılmasında məqsədyönlü şəkildə istifadə olunur. Serbiya-Azərbaycan əlaqələrinin gələcəyi ilə bağlı ancaq nikbin fikirdə olmaq olar. İkitərəfli əlaqələr dostluq və qarşılıqlı anlaşma üzərində qurulmuşdur.
Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Serbiya Respublikası ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin vacib istiqamətlərindən biridir. İki ölkə arasında münasibətlərin inkişafına dövlət başçılarının görüşləri təkan verib və strateji tərəfdaşlıq zəminində qurulmuş münasibətlər müttəfiqlik səviyyəsinə yüksəlib. Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçin ölkəmizə işgüzar səfəri bu əlaqələrin davamlığına əsaslanır.Müstəqil siyasət aparan Serbiya və Azərbaycan resurslarına arxalanan ölkələrdir və dövlətlərarası ticarət sahəsində, nəqliyyat-logistika, energetika sektoru və digər sahələrdə aparılan əməkdaşlıq qarşılıqlı etimad və dostluğa söykənir. Əminliklə demək olar ki, ikitərəfli əlaqələr dövlətləri daha da sıx birləşdirəcəkdir.
Anar Məmmədov,
YAP Gədəbəy rayon təşkilatının əməkdaşı
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
31-05-2025
30-05-2025