Mobil versiya
Serbiya-Azərbaycan əlaqələrinin gələcəyi ilə bağlı ancaq nikbin fikirdə olmaq olar
Tarix: 26-12-2022 | Saat: 12:56
Bölmə:Siyasət | çapa göndər

Serbiya-Azərbaycan əlaqələrinin gələcəyi ilə bağlı ancaq nikbin fikirdə olmaq olar

Bu gün əminliklə demək olar ki, Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Serbiya Respublikası ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin vacib istiqamətlərindən biridir. Həm də bu istiqamət getdikcə dostluq və strateji tərəfdaşlıq səviyyəsinə doğru inkişaf edir. Bunu son bir ay ərzində hər iki dövlət başçısının qarşılıqlı səfərləri və imzalanmış sənədlərin əhatə dairəsi də göstərir.
Ölkələrimiz arasında diplomatik münasibətlər 1997-ci il avqustun 21-də qurulub. Azərbaycan ilə Serbiya arasında siyasi dialoq daim yüksək səviyyədə olub. 2011-ci il iyunun 8-9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Serbiyaya rəsmi səfər edib. Səfər çərçivəsində dövlətimizin başçısı Belqradın Taşmaydan parkında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsinin, həmçinin Novi Sad şəhərində dahi bəstəkar Üzeyir Hacıbəylinin büstünün açılışlarında iştirak edib.
Son illərdə Serbiya prezidentləri Azərbaycana bir neçə dəfə səfərə gəliblər. Səfərlər çərçivəsində keçirilən görüşlər zamanı ikitərəfli əlaqələrin genişləndirilməsi, ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsi, müxtəlif sahələrdə münasibətlərin inkişafı istiqamətində müzakirələr aparılıb. Azərbaycanda tikinti və xidmət sahələrində fəaliyyət göstərən Serbiya investisiyalı 4 şirkət qeydiyyatdan keçib. Azərbaycanın isə “AzVirt” şirkəti Serbiyada yol infrastrukturu layihələri həyata keçirir. Belqradda Serbiya-Azərbaycan Ticarət Palatası fəaliyyət göstərir.
Bu gün Avropanın narahat edən əsas məsələlərdən biri də enerji təhlükəsizliyi məsələsidir. Azərbaycanın Avropa və Asiya qitələrini birləşdirən əhəmiyyətli nəqliyyat layihələrinə imza atdığını və bu layihələrin əsasında etibarlı əməkdaşlığın dayanması Mərkəzi və Şərqi Avropa ölkələrinin, cümlədən Serbiya Respublikasının ölkəmizlə qarşlıqlı əməkdaşlığa önəm verməsinə səbəb olmuşdur.
Dekabrın 21-də Serbiya Respublikasının prezidenti Aleksandr Vuçiçin ölkəmizə rəsmi səfəri və görüşdən sonra hər iki dövlət başçısının mətbuata bəyanatları göstərir ki, bu ölkə ilə münasibətlər yüksək səviyyədədir. Cənab prezident İlham Əliyev bildirmişdir ki, “Bir çox sahələr üzrə əməkdaşlığın artıq böyük tarixi var. İlk növbədə bildirməliyəm ki, Serbiya və Azərbaycan strateji tərəfdaşdırlar, strateji tərəfdaşlığa dair bir neçə sənəd imzalanmışdır. Biz hər zaman bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləmişik, dəstəkləyirik və bu siyasət dəyişməz olaraq qalacaq. Biz beynəlxalq hüququn tərəfdarıyıq və əminik ki, ölkələr arasında münasibətlər ancaq beynəlxalq hüququn norma və prinsipləri əsasında tənzimlənə bilər. Bu sahədə dünyada müşahidə olunan ikili standartların təzahürləri, əlbəttə ki, bizi çox narahat edir. Beynəlxalq hüququn norma və prinsipləri bütün ölkələr üçün əsas olmalıdır.”
Nəqliyyat, logistika, təcarət əlaqələrinin inkişafına xüsusio önəm verən hər iki dövlət iqtisadi əlaqələrlə yanaşı, həm də siyasi müstəvidə münasibətləri inkişaf etdirirlər. Yəni, iqtisadi maraqlarla yanaşı siyasi dəstəyin verilməsi, bir çox beynəlxalq təşkilatlarda Azərbaycanın haqlı mövqeyinin dəstəklənməsi Azərbaycanın, onun müdrik rəhbərinin ən böyük uğurlarından biridir. Əlbəttə ki, bu mövqenin formalaşmasında cənab Prezident İlham Əliyevin etibarlı tərəfdaş, sözünə və imzasına hörmət edən və uzaqgörən siyasətçi olması mühüm rol oynamışdır və Serbiya prezidenti bu fikirləri dəfələrlə səsləndirmişdir. Bakıda keçirilən görüşdən sonra cənab Aleksandr Vuçiç bəyanatında qeyd etmişdir ki, “Biz bütün əməkdaşlıq formalarını müzakirə etdik. Bizim aramızda güclü və səmimi dostluq var. Azərbaycanı Serbiyaya, Serbiyanı isə Azərbaycana qarşı döndərmək mümkün deyil. Bunu etmək mümkün deyil. Heç kimin belə bir əməli etmək imkanı yoxdur, ya da onların üzərində bunu etmək üçün təzyiq yoxdur. Biz bir-birimizin ərazi bütövlüyümüzü dəstəkləyirik. Bu, belə olmuşdur və belə də olmağa davam edəcək. Mən Prezident Əliyevə minnətdaram, çünki o, bizim ölkənin ərazisində asayişin qorunması, BMT Nizamnaməsinin tələblərinin müdafiə olunması ilə bağlı üzləşdiyimiz çətinlikləri dəqiqliklə bilir. Həmçinin ondan bilikləri və gələcək haqqında bir çox məsələləri öyrəndiyimə görə də ona minnətdaram. Çünki mən bizi gələcəkdə nələrin gözlədiyini daha real, daha ciddi şəkildə görə bilirəm.”
Noyabrın 23-də Belqradda mətbuata bəyanatında cənab Prezident İlham Əliyevin “Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanla Serbiya arasındakı münasibətlərin yaxşı perspektivləri var və yüksək səviyyəli qarşılıqlı səfərlər əlaqələrin inkişafına töhfə verəcək” fikri bu gün reallaşır və nikbinliyə əsas verir.

Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatı sədrinin müavini




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-05-2025