Mobil versiya
"İlahi, ölkəmizdə nə qədər xain varmış" - Razi Nurullayev
Tarix: 23-12-2022 | Saat: 11:29
Bölmə:Siyasət | çapa göndər

"İlahi, ölkəmizdə nə qədər xain varmış" -

"İlahi, ölkəmizdə nə qədər xain varmış. Vətəndaş cəmiyyəti nümayəndələrinin Xankəndi-Laçın yolunda aksiyasını lağa qoyur, ermənilər yönündən işıqlandırır, separatçılara sətiraltı, bəzən isə açıq-aydın dəstək ifadə edirlər. Bu xainlikdir. İmkan verilsə, yüz minlərlə insan o yolu iflic edər, separatçıların xainliyi nəticəsində yaxınlarını itirən ailələrin yarası hələ də istidir. Kimin nə cürəti var ki, bizi qınasın?"

aia.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Razi Nurullayev deyib.

"Bu tip ictimai çəkili şəxslərin, vətəndaşların və digərlərinin ciddi şəkildə istintaqa cəlb edilməsini və barələrində araşdırmaların aparılmasını tələb edirəm. Biz Birinci Qarabağ müharibəsində 25 min, ikincidə 3100 şəhid vermədik ki, düşmən qüvvələrə satılmışlar onların ruhunu təhqir etsin. Çox şeydə güzəşt olar, amma, vətəni, torpağı, ölkəni satmaq, onun üzərində karyera qurmaq, pul qazanmaq istəyənlərə, şəxsi incikliyinin qisasını Ermənistana qahmar çıxmaqla Azərbaycan dövlətindən almaq cəhdinə isə güzəşt olmaz", - deyə deputat bildirib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024