İlhamə Abdullayeva: “Son illər ərzində cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə məktəb tikintisinə dair bir neçə ayrıca Dövlət Proqramı qəbul edilib”
Tarix: 22-12-2022 | Saat: 15:26
Bölmə:Siyasət / Özəl | çapa göndər
“Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına 2003-cü il yanvar ayının 1-də etdiyi müraciətində demişdir: “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.” 2003-cü ilin 15 oktyabr tarixində keçirilmiş seçkilərdə xalq öz səsini Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına verdi.
Azərbaycan xalqının 1993-cü ildə olduğu kimi, 2003-cü ildə də ən doğru seçim etdiyini tarix özü bu günkü qələbələrimizlə isbatladı. Prezident İlham Əliyev 2003-cü il oktyabrın 31-də dövlət başçısı kimi ilk dəfə and içdi və həmin gündən başlayaraq ölkə sosial-iqtisadi inkişafın yeni, daha yüksək mərhələsinə qədəm qoydu. “Mən hər bir azərbaycanlının Prezidenti olacağam”, - deyən möhtərəm dövlət başçımız ən qısa zamanda həmin tezisin reallaşmasına nail oldu. Cənab Prezident İlham Əliyev Azərbaycan siyasi sisteminə rasional siyasi davranış modeli, məntiqi mühakimələrə və analitik təhlilə əsaslanan, mütərəqqi, pozitiv, milli məqsədlərə xidmət edən siyasi realizmə söykənən siyasi fəaliyyət nümunəsi gətirdi, öz fəaliyyəti və davranışı ilə siyasi sistemimizə siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı, milli siyasi etika nümunəsi təqdim etdi. Dövlət başçımızın yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət etdi. Dünyada tolerantlıq məkanı kimi qəbul olunan Azərbaycan cənab Prezident İlham Əliyevin xidmətləri sayəsində mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanı kimi tanındı.”
Bu sözləri aia.az-a verdiyi müsahibəsində Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva deyib.
Müsahibimiz qeyd edib ki, dövlətlərin, xalqların həyatında baş verən əsaslı dəyişikliklər hər zaman bu dəyişiklikləri reallaşdıran liderlərin adı ilə bağlı olur: “Müasir Azərbaycan dövləti ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi prinsiplər, yaratdığı möhkəm dövlətçilik təməli üzərində qurulub. Məhz həmin prinsipləri əsas götürərək Ölkə Prezidenti cənab İlham Əliyev son 19 il ərzində uğurla həyata keçirdiyi uzunmüddətli inkişaf strategiyasını müəyyənləşdirib. Öz çıxışlarında Azərbaycan Prezidenti dəfələrlə belə bir fikri vurğulayıb: “Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı durur”. Məhz bu konsepsiya Prezident İlham Əliyevin yeni islahatlar kursunun strateji xəttini təşkil edir. Bu gün bütün dünyada hələ də pandemiyanın davam etməsinə, ölkəmizdə isə bundan başqa həm də postmüharibə dövrü olmasına baxmayaraq, Azərbaycanda sosial islahatlar uğurla davam etməkdədir. Bu sosial islahatların vacib istiqaməti və tərkib hissəsi birbaşa əhalinin həssas təbəqələrinin gəlirlərinin artırılmasına hədəflənib. Sosial islahatların aparılması bütün dövrlərdə və bütün ölkələrdə çətin və daha çox məsuliyyət tələb edən işdir. Ötən əsrin 90-cı illərində ümummilli lider Heydər Əliyevin fərmanları ilə təhsil, sosial təminat və sosial sığorta sahələrində islahatlar konsepsiyası işlənib hazırlanmışdır. Ulu Öndər Heydər Əliyevin başladığı sosial islahatlar 2003-cü ildən sonra Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının imzaladığı fərmanlarla onlarca proqram qəbul edilib və həyata keçirilir. Prezident İlham Əliyevin imzaladığı yeni Sərəncam və Fərmanlar əhalinin həssas qruplarına yönələn sosial ödənişlərin artırılması istiqamətindəki islahatların uğurla davam etdirilməsini təmin edir. 2022-ci ilin sosial islahatları dövlət başçısının “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” 2021-ci il 16 oktyabr tarixli Sərəncamına əsasən reallaşdırılır. Azərbaycan vətəndaşı inanır ki, ölkədə ardıcıl olaraq həyata keçirilən sosial proqramlar, layihələr onların rifahının yüksəlməsi yolunda atılan addımlardır. İstər təhsil, istər səhiyyə, istərsə də digər sahələrdə aparılan islahatlar xalqın firavanlığına, həyat səviyyəsinin yüksəlməsinə, daha yaxşı yaşamasına istiqamətlənib. Xüsusi olaraq qeyd etmək istərdim ki, bu gün ölkəmizdə dinamik inkişafın müşahidə olunduğu istiqamətlərdən biri də təhsil sahəsidir. Son 19 ildə Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizdə təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, respublikanın hər yerində məktəb tikintisinin geniş vüsət alması bu günümüzün reallıqlarıdır. Məhz bu illər ərzində dövlət başçısının Azərbaycanın müasirləşdirilməsi siyasətinin tərkib hissəsi olaraq təhsil sahəsində də ciddi islahatlar həyata keçirilib. Respublikanın dövlət büdcəsində təhsil sahəsinə ayrılan xərclər ilbəil artır. Təkcə onu vurğulamaq kifayətdir ki, bu dövrdə Prezident İlham Əliyevin təşəbbüsü ilə məktəb tikintisinə dair bir neçə ayrıca Dövlət Proqramı qəbul edilib. Bundan başqa, digər sahələri əhatə edən Dövlət proqramlarında da məktəb tikintisinə böyük diqqət yetirilir. Bir sözlə, bu gün Azərbaycanda təhsil sisteminin daha da inkişafı üçün məqsədyönlü, irimiqyaslı işlər görülür.”
Daha sonra İ.Abdullayeva Prezident İlham Əliyevin son 19 il ərzində həyata keçirdiyi xarici siyasətin ölkəmizin beynəlxalq aləmdə nüfuzunun yüksəlməsini, Azərbaycan dövlətinin dünyada söz sahibi olmasını təmin etdiyini vurğulayaraq bunlarıd deyib: “Birmənalı olaraq demək lazımdır ki, 2020-ci ildə Vətən müharibəsində əldə olunmuş tarixi Qələbəmiz 2003-2020-ci illər ərzində Prezident İlham Əliyev tərəfindən həyata keçirilmiş çoxşaxəli hazırlıq işləri sayəsində mümkün olub. Azərbaycanın güclü bir dövlətə çevrilməsinə və nəticə etibarı ilə öz ərazi bütövlüyünü bərpa etməsinə zəmin yaratmış ən önəmli faktor məhz ölkəmizdə xüsusilə müharibəyə qədər keçmiş 17 ildə müşahidə olunan dinamik iqtisadi inkişaf amilidir. Ölkə Prezidenti cənab İlham Əliyevin də dəfələrlə qeyd etdiyi kimi, bu illər ölkəmiz üçün zəruri və vacib bir hazırlıq dövrü idi. Bütün bu dövr ərzində Azərbaycan Prezidenti cənab İlham Əliyev daima deyirdi ki, sülh yolu ilə torpaqlarımız geri qayıtmasa, müharibə yolu ilə biz bu məsələni həll edəcəyik. Bütün xarici təzyiqlərə, ittihamlara baxmayaraq Azərbaycanın dövlət başçısı bu haqlı mövqeyindən heç zaman bir addım belə olsun geri çəkilmədi. Az qala bütün dünya deyirdi ki, münaqişənin hərbi həlli yoxdur. Hətta beynəlxalq təşkilatlar çalışırdılar ki, Ermənistan ilə hər hansı bir formada bir protokol imzalansın ki, ancaq məsələ sülh yolu ilə həll olunsun. Yəni, hərbi yol istisna edilsin. Yalnız Prezident İlham Əliyevin siyasi iradəsi buna yol vermədi. 17 il ərzində dövlətimizin başçısı bütün çıxışlarında, beynəlxalq müstəvidə keçirilən bütün tədbirlərdə bu məsələni dilə gətirdi, mövcud münaqişəni diqqət mərkəzinə çəkdi. Görülən tədbirlər sayəsində ilk növbədə daxili sabitlik təmin edildi, xalq-iqtidar birliyinə nail olundu. Daha sonra ölkənin iqtisadi inkişafı təmin edildi. Eyni zamanda həyata keçirilən düzgün xarici siyasət hesabına beynəlxalq vəziyyət bizim xeyrimizə çevrildi. Bütün bunlarla yanaşı isə münaqişənin həlli üçün ən mühüm olan sahədə, ordu quruculuğunda möhtəşəm hazırlıq işləri həyata keçirildi. Sonda bütün bu hazırlıqlar sayəsində bizim qürur mənbəyimiz, Vətən müharibəsində tarixi Qələbəmiz əldə olundu. Bu, həqiqətən də əsl tarixi nailiyyətdir. Xalqımızın çoxəsrlik tarixində buna bənzər parlaq Qələbə hələ əldə olunmamışdı. Azərbaycan xalqı, Azərbaycan Ordusu öz Prezidentinin və Ali Baş Komandanının ətrafında bir Dəmir yumruq kimi birləşərək düşmənə sarsıdıcı zərbələr endirdi, düşməni məğlub etdi, tarixi ədaləti və ölkəmizin ərazi bütövlüyünü bərpa etdi.”, - deyə İlhamə Abdullayeva fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
27-12-2024