Mobil versiya
Azərbaycan, Özbəkistan, Türkiyə və Qırğızıstan arasında memorandum imzalandı
Tarix: 20-12-2022 | Saat: 17:30
Bölmə:Siyasət | çapa göndər

Azərbaycan, Özbəkistan, Türkiyə və Qırğızıstan arasında memorandum imzalandı

Paytaxtda Diaspor Məsələlərinə məsul Dövlət Qurumları Rəhbərlərinin Beynəlxalq Bakı-Şuşa Forumu çərçivəsində Azərbaycan, Özbəkistan, Türkiyə və Qırğızıstanın müvafiq qurumları arasında Anlaşma memorandumları imzalanıb.

aia.az xəbər verir ki, tədbir Forum Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Türk Dövlətləri Təşkilatının (TDT) tərəfdaşlığı ilə keçirilir.

Forumda iştirakçı qurumların 2023-cü il üçün diaspor üzrə birgə fəaliyyət planının və fəaliyyət strategiyası müzakirə olunur.

Diaspor Məsələlərinə məsul Dövlət Qurumları Rəhbərlərinin Beynəlxalq Bakı-Şuşa Forumu işini dekabrın 21-də Azərbaycanın və Türk dünyasının mədəniyyət paytaxtı Şuşada davam etdirəcək.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-05-2024