Mobil versiya
Qarabağ dünyanın ən abad və gözəl bölgələrindən birinə çevriləcək
Tarix: 20-12-2022 | Saat: 11:43
Bölmə:Siyasət | çapa göndər

Qarabağ dünyanın ən abad və gözəl bölgələrindən birinə çevriləcək


Natiq Quluzadə
YAP Zəngilan rayon təşkilatının sədri


Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli 2469 nömrəli Sərəncamı ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiq edilmişdir. Bu prioritetlərə söykənən Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əks olunmuş “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” Milli Prioritetinin icrasının təmin edilməsi məqsədilə Prezident İlham Əliyevin 16.11.2022-ci il tarixli 3587 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təsdiq edilmişdir.

Dövlət Proqramında işğaldan azad edilmiş ərazilərdə aparılmış bərpa-quruculuq işləri və mövcud vəziyyət, nail olunması hədəflənən məqsədlər və onlara uyğun hədəf göstəriciləri, Dövlət Proqramının prioritet istiqamətləri, əhalinin doğma torpaqlarına geri qayıdışı məsələləri, gözlənilən nəticələr, ehtimal edilən risklərin idarə olunması, müvafiq vəzifələrin yerinə yetirilməsi üçün maliyyələşmə mənbələri və həyata keçiriləcək tədbirlər öz əksini tapmışdır.

Proqramın əsas qayəsi Otuz ilə yaxın müddət ərzində Azərbaycan Respublikasının güclənməsi naminə aparılan uzaqgörən xarici siyasətin və görülən sistemli işlərin məntiqi davamı işğaldan azad olunmuş ərazilərin yenidən qurulması, bərpası və dayanıqlı inkişafının, milli iqtisadiyyata sürətli inteqrasiyasının və bu ərazilərə Böyük Qayıdışın təmin edilməsidir.

Dövlət proqramı kifayət qədər əsaslandırılmış, geniş və hərtərəflidir. Belə ki, burada həmin ərazilərdə aparılmış bərpa-quruculuq işləri və mövcud vəziyyət, əhalinin doğma torpaqlarına geri qayıdışı məsələləri, gözlənilən nəticələr, ehtimal edilən risqlərin idarə olunması, maliyyələşmə mənbələri, prioritetlər və hədəflər öz əksini tapıb. Dövlət Proqramının hazırlanmasında mütərəqqi beynəlxalq təcrübə, bu sahədə strateji inkişaf tendensiyaları, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi potensialı və dünya iqtisadiyyatının müasir çağırışları nəzərə alınıb. Burada mühüm məqamlardan biri həmin ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, dövlət‒özəl tərəfdaşlığına əsaslanan iqtisadi artımın stimullaşdırılması və dayanıqlı məskunlaşmanın təmin edilməsidir. Təbii ki, işğaldan azad edilmiş ərazilərin yenidən qurulması, bərpası, dayanıqlı inkişafının və əhalinin yüksək həyat səviyyəsinin təmin olunması üçün zəruri infrastrukturun yaradılması xüsusi önəmə malikdir.

2020-ci ilin noyabr ayından etibarən işğaldan azad edilmiş ərazilərdə hava limanlarının, avtomobil və dəmir yollarının tikintisi işlərinə start verilmiş, qısa zaman ərzində bölgədəki müxtəlif yaşayış məntəqələri arasında, eləcə də bu məntəqələri ölkənin digər şəhər və rayonları ilə birləşdirən nəqliyyat infrastrukturum formalaşdırılmağa başlanmışdır. Proqramda bu istiqamətdə daha böyük həcmli işlərin aparılması nəzrdə tutulur. Proqramın qəbul edildiyi vaxtdan keçən müddətdə ilk “ağıllı kənd” layihəsi uğurla icra olundu. Bütün bu layihələrdə hər bir incə məqam, əhalinin yaşayışı, işlə təmin olunması həssaslıqla nəzərə alınıb. Zəngilanın Ağalı kəndinə köç Böyük Qayıdışın ilk addımlarıdır. Azərbaycan xalqı heç zaman inamını itirmədi, 30 ilə yaxın müddət ərzində bu günü səbirsizliklə gözlədi. Nəhayət, arzusuna yetişdi. Bu hissləri yaşamaq, bu tarixi hadisənin şahidi olmaq, insanların üzündəki bu sevinci görmək ayrıca xoşbəxtlikdir. Bu reallıq onu göstərir ki, Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərliyi ilə quran və yaradan xalqdır. Zəngilanın Ağalı kəndinin qısa vaxtda inşası bu fikri bir daha təsdiq edir.

Bu gün Qarabağda və Zəngəzurda görülən işlər bir daha sübut edir ki, Azərbaycan xalqı bu torpaqlarda əbədi qalacaq, ermənilərin istənilən təxribat cəhdinin qarşısını çox ciddi şəkildə alacaq. Bu həm də onu göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı tezliklə Qarabağı dünyanın ən abad və gözəl bölgələrindən birinə çevirəcək.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-04-2024