Mobil versiya
"Blokada ilə bağlı iddialar yalandır, erməni təcili yardım maşınları..." - XİN
Tarix: 19-12-2022 | Saat: 16:03
Bölmə:Karusel / Siyasət | çapa göndər

"Blokada ilə bağlı iddialar yalandır, erməni təcili yardım maşınları..." -

Blokada ilə bağlı dezinformasiyanın əksinə olaraq, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nəqliyyat vasitələri və erməni təcili yardım maşınları Laçın yolundan sərbəst keçir.

aia.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib.

O bildirib ki, belə hallar gün ərzində bir neçə dəfə təkrarlanır.

“Blokada ilə bağlı iddialar yalandır”, - XİN rəsmisi vurğulayıb.

Qeyd edək ki, Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus avtomobillərin müşayiəti ilə ermənilərə məxsus təcili tibbi yardım maşınının Laçın-Xankəndi yolundan hərəkət etməsi üçün şərait yaradılıb. Bu gün BQXK 1 nəfər xəstənin həkim və tibb bacısının müşayiəti ilə Xankəndidən Ermənistana aparılması üçün Azərbaycana tərəfinə müraciət edib.

Müraciətə dərhal cavab verilib və keçid uğurla təşkil olunub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-04-2024