Mobil versiya
Laçın yolun sülhməramlılar baglayıb
Tarix: 17-12-2022 | Saat: 20:26
Bölmə:Siyasət / Özəl | çapa göndər

Laçın yolun sülhməramlılar baglayıb

Laçın yolu azərbaycanlı etirazçılar tərəfindən deyil, Rusiya Federasiyasının sülhməramlı kontingenti tərəfindən bağlanıb
Azərbaycan suveren dövlətdir, ölkə ərazisində baş verən bütün hadisələr və proseslər Azərbaycan qanunları ilə tənzimlənməlidir.
Təəsüflər olsun ki, bəzi məqamlarda separatçı qüvvələr qanunlarImıza biganə yanaşmaq istəyir.
Şuşa-Laçın yolunda təşkil olunmuş etiraz aksiyasının səbəbləri və məqsədləri də bu aspektdən izah olunmalıdır.
Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarı, habelə ekoloji vəziyyətin pisləşməsi ilə bağlı ilkin monitorinq məqsədilə Azərbaycan Respublikası dövlət qurumlarının nümayəndələrinin və mütəxəssislərin əraziyə girişinə maneçilik törədilməsi səbəbindən Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin və ekoloqların etiraz aksiyası təşkil olunmuşdur. Azərbaycanın sözügedən ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarı dayandırılmalı, bütün təbii sərvətlərin istismarı Azərbaycan Respublikası qanunvericiliyi əsasında həyata keçirilməlidir.
İşçi qrupu məhz bu məsələlərə aydınlıq gətirmək istəyir.
Bütün faydalı qazıntı yataqları, o cümlədən Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarına yerində baxış, qanunsuz istismarın dayandırılması, müxtəlif istiqamətlər üzrə monitorinq və inventarizasiyanın aparılması, əmlakın kadastr uçotunun təşkili, ətraf mühitə, yeraltı və yerüstü su mənbələrinə potensial zərərin və risklərin qiymətləndirilməsi və dəymiş zərərin nəticələrinin aradan qaldırılması məsələləri üzrə işçi qrup yaradılıb.Rusiya sülhməramlıları isə hüquq qaydalarını təmin etmək əvəzinə erməni tərəfdarları qismində çıxış edirlər.
Bu yanaşma Azərbaycan qanunvericiliyinə ziddir, ona görə də vətəndaş cəmiyyətinin etirazına səbəb olub.Xalqımızın iradəsini heç bir xarici qüvvə sarsılda bilməz.

İlqar İlyasov
YAP Laçın rayon təşkilatının sədri



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-12-2024