Mobil versiya
Üç qardaş ölkənin birliyi həm iqtisadi gücümüzü, həm də siyasi birliyimizi möhkəmləndirəcəkdir
Tarix: 16-12-2022 | Saat: 11:02
Bölmə:Siyasət | çapa göndər

Üç qardaş ölkənin birliyi həm iqtisadi gücümüzü, həm də siyasi birliyimizi möhkəmləndirəcəkdir

Bu gün Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində müstəqil siyasət həyata keçirən güclü və nüfuzlu dövlət, etibarlı tərəfdaş kimi tanınır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji kurs ölkəmizin maraqlarının təmin olunmasına xidmət edir, qarşıya qoyulan milli-strateji hədəflərə çatmağa imkan verir, Azərbaycanın beynəlxalq mövqeyinin daha da möhkəmlənməsini təmin edir. Azərbaycan regionda ikitərəfli və üçtərəfli əməkdaşlıq formatlarının da əsas təşəbbüskarı və aparıcı fiqurudur. Müxtəlif regional əməkdaşlıq formatları məhz Azərbaycanın təşəbbüsü ilə yaranıb. Mühüm məqamlardan biri ölkəmizin region dövlətləri ilə əlaqələrinin inkişaf etməsidir.
Azərbaycan, Türkiyə və Türkmənistan əlaqələri isə tamamilə fərqlidir. Çünki 3 elə dövlət yoxdur ki bu dövlətlərin xalqları qədər eyni kökə, eyni dilə, eyni dilə və mədəniyyətə malik olsun. Bu da etibarlı əməkdaşlığın obyektiv əsaslarından biridir. Tarixi bağlar üzərində qurulmuş münasibətlərimiz ölkələrimiz arasında iqtisadiyyat, ticarət, nəqliyyat-logistika və digər sahələrdə əməkdaşlığın inkişafı üçün imkanlar yaradır. Azərbaycanın həm Türkiyə, həm də Türkmənistanla siyasi əlaqələri yüksək səviyyədədir. Türkiyə ilə keçən il imzaladığımız Şuşa Bəyannaməsi münasibətlərimizi strateji müttəfiqlik səviyyəsinə çatdırmışdır. 2017-ci ildə Azərbaycan ilə Türkmənistan arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanmışdır. Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Şuşa Bəyannaməsi bütün dünyanın barışmalı olduğu tarixi gerçəklikdir. Hər iki ölkənin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsinə, eləcə də müştərək maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərinin qarşılıqlı şəkildə əlaqələndirilməsinə istiqamətlənən saziş Bakı və Ankaranın başçılığı altında yeni regional geosiyasi konfiqurasiyanın qurulmasının başlanğıcıdır. Bu, regionda 200 ilə yaxın davam edən geosiyasi konfiqurasiyaların dağıdılması və bundan sonra Azərbaycan-Türkiyə tandeminin rəhbərliyi altında davam edəcək yeni regional düzənin başlanğıcı deməkdir.
Mərkəzi Asiya xalqları içərisində milli mənsubiyyət baxımından azərbaycanlılara ən yaxın olan xalqlardan biri məhz türkmənlər hesab olunur. Oğuz boyuna məxsus olan hər iki xalq qədim tarixi ənənə\lərə malikdir. ölkələrimizi mehriban qonşuluq və tarixi dostluq əlaqələri, siyasi, iqtisadi, humanitar və digər sahələrdə strateji tərəfdaşlıq münasibətləri də birləşdirir. İki ölkə arasında strateji tərəfdaşlıq münasibətləri mövcuddur. 2017-ci il avqustun 8-də Bakıda “Azərbaycan Respublikası ilə Türkmənistan arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə” imzalanıb.
Ölkələrimiz beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ATƏT və digər təsisatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək göstərir və əməkdaşlıq edir.
Dekabrın 14-də Türkmənbaşı şəhərində Azərbaycan, Türkiyə və Türkmənistan Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşündə nitq söyləyən Azərbaycan Respublikasının Prezidenti hər üç ölkənin iqtisadi, siyasi, mədəni əlaqələrinin qardaşlıq, dostluq və qarşılıqlı əməkdaşlığa əsaslanan bir əməkdaşlıq olduğunu qeyd edərək bildirmişdir ki, 2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi 45 faiz artaraq 5 milyard dollara çatmışdır. Azərbaycandan Türkiyə iqtisadiyyatına 20 milyard dollara yaxın, Türkiyədən Azərbaycan iqtisadiyyatına isə 14 milyard dollara yaxın sərmayə yatırılmışdır. Bu il Türkmənistan ilə ticarət dövriyyəsi 5 dəfə artmışdır. Azərbaycan, Türkiyə və Türkmənistan nəqliyyat-logistika sahəsində böyük uğurlara imza atmışdır. Ölkələrimiz tərəfindən bir çox layihələr icra edilmişdir ki, bunlar da öz növbəsində nəqliyyat bağlantıları sahəsində əməkdaşlıq üçün yeni imkanlar açır. Hər üç ölkədə bu sahəyə qoyulan sərmayələr yeni, müasir infrastrukturun yaradılmasına xidmət etmişdir.
Regionun logistik potensialını zənginləşdirən layihələrin həyata keçirilməsi həm qarşılıqlı əməkdaşlığa, həm də iqtisadi potensialın artmasına imkan verəcəkdir. Belə ki, Bakı-Tbilisi-Qars dəmir yolunun, Ələt Azad İqtisadi Zonasının, Zəıngəzur Dəhlizinin logistika imkanları çoxdur. Bu imkanlardan hər üç qardaş ölkənin yararlanması gələcəkdə daha güclü birliyimizin əsası olacaqdır.
Azərbaycanın 44 günlük müharibədə qələbə qaznmasına toxunan cənab Prezident qeyd etmişdir ki, qələbə nəticəsində 30 illik erməni işğalına son qoyulmuş, Azərbaycanın ərazi bütövlüyü təmin olunmuşur. əlbəttə ki, bu qələbənin qazanılmasında qardaş dövlətlərin, xüsusən Türkiyənin siyasi və hərbi dəstəyi çox yüksək səviyyədə olmuşdur. Zirvə Görüşündə Türkmənistan respublikası ilə iqtisadi əlaqələrə dair 5 mühüm sənədin imzalanması da gələcəkdə regional əməkdaşlığın yeni perspektivlərini müəyyənləşdirməyə, türk dövlətlərinin vahid platformadan çıxış etməsinə imkan verəcəkdir.
Ölkələrimiz arasında müxtəlif sahələrdə genişlənən və daha da dərinləşən əməkdaşlıq münasibətləri onu deməyə əsas verir ki, dost və qardaş ölkələr olan Azərbaycan, Türkiyə və Türkmənistan indiyədək əldə olunan dinamikanı bundan sonra da artıracaq və yeni əməkdaşlıq istiqamətləri müəyyənləşdirəcəklər.

Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-04-2024