Mobil versiya
8-ci kilometr bazarında antisanitariya - VİDEO
Tarix: 17-06-2016 | Saat: 14:48
Bölmə:Qərbi Azərbaycan | çapa göndər


Havalar isindikcə bazarlarda antisanitariya artır

Bu halı paytaxtdaki 8-ci kilometr adlanan bazarda da görmək mümkündür. Maraqlısı budur ki, məhsullar natəmiz şəraitdə satilır, amma alıcılar da kifayət qədər çoxdur. Mütəxəssislər isə bu halın insan həyatı üçün təhlükəli olduğunu bildirir.

Balıqlar qızmar günün altında, ağartı məhsulları isə açıq havada və natəmiz şəkildə satılır. Ətraf isə zibilliyi xatırladır. Açıq havada və natəmiz şəraitdə olan bazarda antisainitariya baş alıb getsə də alıcı sıxlığı yaşanır.

Bazarda olan bəzi müştərilər isə natəmizliyə görə sadəcə bir qisim məhsulları burdan aldıqlarını deyirlər.

Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzin şöbə müdiri İmran Abdullayev bildirir ki, bu şəkildə satılan mallar insan həyatı üçün təhlükə mənbəyidir.

İmran Abdullayevin sözlərinə görə, sözügedən müəssisəyə qarşı 2 il bundan əvvəl eyni hala görə cərimə tətbiq edilib, lakin sahibkarlıq obyektlərində yoxlamalar dayandırıldığından orada planlı yoxlama aparılmır. Amma əgər vətəndaşlardan müraciət daxil olarsa yenidən həmin ərazidə yoxlama aparıla bilər.

Aia.az "Xəzər Xəbər"ə istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2024