Mobil versiya
"Ermənistan və Fransanın Azərbaycanın qarşısını almaq üçün birgə cəhdləri əbəsdir" - Türkiyənin analitik mərkəzi
Tarix: 10-12-2022 | Saat: 10:54
Bölmə:Siyasət | çapa göndər

"Ermənistan və Fransanın Azərbaycanın qarşısını almaq üçün birgə cəhdləri əbəsdir" - Türkiyənin analitik mərkəzi

Ermənistanın Fransanı Azərbaycanla danışıqlar prosesinə qatmaq istəyi uğursuzluğa məhkumdur.

Trend xəbər verir ki, bu barədə çərşənbə axşamı Türkiyədə yerləşən Ankara Böhran və Siyasət Araşdırmaları Mərkəzinin (ANKASAM) məqaləsində deyilir.

Kənan Ağazadənin müəllifi olduğu məqalədə qeyd edilir ki, Ermənistanın baş naziri Nikol Paşinyan Fransanın Azərbaycanla danışıqlar prosesində iştirakını istəyir, buna səbəb isə odur ki, Fransanın danışıqlarda iştirakı münaqişənin nizamlanması deyil, qızışdırılmasına xidmət edəcək.

"Üstəlik, N.Paşinyanın hərəkətləri Aİ-nin sülhə nail olmaq istiqamətindəki mövqeyini gözdən salır. Fransa isə regionda yeganə vasitəçi olmağa çalışır və sübut etmək istəyir ki, Moskvanın sülh razılaşmasına nail olmaq üzrə səyləri kifayət deyil", - deyə məqalədə bildirilir.
Müəllif qeyd edir ki, N.Paşinyan Rusiyanı şantaj etməyə çalışır, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) səmərəsiz olduğunu, Ermənistanın bu təşkilatdan çıxmaq barədə düşünə biləcəyini bildirir. Sonuncuya görə Belarus Prezidenti Aleksandr Lukaşenko N.Paşinyanı sərt şəkildə qınayıb.

Beləliklə, Ermənistanın baş naziri KTMT daxilində xaos yaradır, bununla da Brüssel və Soçi razılaşmalarını pozduğuna görə təzyiqlərə qarşı mübarizə aparır və Fransanı vasitəçilik proseslərinin mərkəzinə çəkməyə çalışır. Məqalədə deyilir ki, bu, Azərbaycan-Ermənistan münasibətlərində sülhə doğru fəaliyyətdən geri çəkilmək deməkdir.

Məqalədə qeyd edilir ki, Azərbaycan öz ərazilərini işğaldan azad edib, Ermənistanla yekun sülh üçün şərtləri açıqlayıb və etnik erməni əhalisinin heç bir hüquqi statusu ilə bağlı heç bir ölkə ilə və heç bir halda danışıqlar aparmayacaq.

"Hazırkı geosiyasi vəziyyət Azərbaycana ciddi üstünlüklər verir. Azərbaycan bundan sonra da inkişaf etməyə davam edəcək və nüfuzlu siyasi qüvvə olaraq qalacaq və Paris rəsmiləri nə qədər çalışsalar da, onların səyləri heç nəyi dəyişməyəcək", - deyə məqalədə vurğulanır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024