Nəbi İsgəndərov: Heydər Əliyev uzaqdan daha aydın görünən zirvədir
Tarix: 06-12-2022 | Saat: 12:30
Bölmə:Özəl | çapa göndər
Uca zirvələr uzaqdan daha aydın görünür. İllər ötdükcə biz Heydər Əliyev şəxsiyyətinin böyüklüyünü və ucalığını daha dərindən dərk edirik. Xalqın öz dahi oğluna məhəbbət və ehtiramı bitib-tükənmir, əksinə, getdikcə artır. Onun cismani yoxluğundan keçən 19 ildə çox şeylər dəyişib. Fəqət, sevgi dəyişmir: söhbət Heydər Əliyevə olan tükənməz sevgidən, xalqın öz böyük oğlunun xatirəsinə sonsuz hörmət və ehtiramından gedir. Heydər Əliyev aramızda olmasa da, ideyaları yaşayır və gələcəyə aparan yolumuzu işıqlandırır. Ulu Öndərə bəslənilən ümumxalq sevgisi ilin iki günündə - dekabrın 12-də və mayın 10-da özünü daha qabarıq büruzə verir. Heydər Əliyevin vəfat etdiyi gün və doğum günü onun uyuduğu Fəxri xiyabanda böyük izdiham yaşanır. On minlərlə insan Ulu Öndərin xatirəsini hörmət və ehtiramla yad edir.
Azərbaycanın ən yeni tarixi Heydər Əliyevin adı ilə bağlıdır. İntibah və milli şüurun oyanışı onun hakimiyyətə gəlişi ilə başlayıb. Müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter alıb. İmzalar içərisində millətimizin də imzasının görünməsi, Azərbaycanın inamla beynəlxalq arenaya çıxması, söz və nüfuz sahibi olması onun xidmətidir. Bir cümlə ilə ifadə etməli olsaq, bugünkü Azərbaycan üçün Heydər Əliyevə borcluyuq”
Bu sözləri aia.az-a verdiyi müsahibəsində ATİAHİ Cəlilabad Rayon Komitəsinin sədiri Nəbi İsgəndərov demişdir.
Nəbi İsgəndərov müsaibəsində qeyd etmişdir ki, “Heydər Əliyevin 1970-1980-ci illərin əvvəllərində gördüyü işlər, 1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başlayandan Sovet İttifaqının müttəfiq respublikaları arasında bütün göstəricilərə görə axırıncı yerlərdə olan Azərbaycan Respublikasında sənaye, o cümlədən yüngül sənaye və kənd təsərrüfatının yükəsk səviyyədə inkişaf etdirilməsi əslində çox uzun müddətə hesablanmış dayanıqlı inkişaf üçün zəmin yaratmış təşəbbüslər idi.
1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev qısa müddət Bakıda qaldıqdan sonra Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikasının Ali Soveti sədrinin müavini kmi də bu millət, bu dövlət yolunda bütün çətinliklərə baxmayaraq mümkün olan hər şeyi edərək bir daha xalqın istrəyini və məhəbbətini qazandı. Bu böyük siyasətçinin şəxsi nüfuzu sonradan müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkənin beynəlxalq arenaya inamla çıxmasını şərtləndirdi. Dünya liderləri ilə çoxsaylı görüşləri xarici siyasətin uğurlarını təmin etdi. Onu hər yerdə hörmət-izzətlə qarşılayır, sözünü eşidirdilər. Azərbaycan xalqı haqlı olaraq Heydər Əliyevi Azərbaycan dövlət müstəqilliyinin qurucusu kimi qəbul edir. Onun rəhbərliyi altında dövlətçiliyin əsasları qoyuldu və ciddi islahatlara start verildi. Azərbaycan beynəlxalq aləmdə öz möhkəm yerini tuta bildi. Ən ağır məqamlarda Azərbaycan xalqı əmin idi ki, Heydər Əliyev müstəqilliyi, dövlət maraqlarını, xalqımızın, dövlətimizin maraqlarını qoruyacaq və xalqımızın inkişafı ilə bağlı ən düzgün qərar verəcəkdir”.
Müsahibimiz Nəbi İsgəndərov sonda bildirmişdir ki, “1993-2003-cü illərdə Azərbaycanın sürətli inkişafı bugünkü reallıqların bünövrəsidir. Həmin illərdə görülmüş işlər sayəsində Azərbaycan inkişaf yoluna qədəm qoydu, beynəlxalq aləmdə daxili siyasətlə bağlı bütün məsələlərdə öz prinsipial mövqeyini nümayiş etdirdi, dünyada böyük hörmətə malik oldu. Ölkə daxilində başlanan islahatlar dövlətimiz üçün həlledici rol oynamışdır. Uca zirvələr uzaqdan daha aydın görünür. İllər ötdükcə biz Heydər Əliyev şəxsiyyətinin böyüklüyünü və ucalığını daha dərindən dərk edirik. Xalqın öz dahi oğluna məhəbbət və ehtiramı bitib-tükənmir, əksinə, getdikcə artır. Dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən unikal haldır. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin özünəməxsus yeri vardır. Ulu Öndər fəaliyyət göstərdiyi bütün sahələrdə özünü məhz birinci şəxs kimi, lider kimi təsdiq etmişdir.
Uca zirvələr uzaqdan daha aydın görünür. Heydər Əliyev də elə zirvədir. Zaman baxımından uzaqlaşdıqca biz Heydər Əliyev şəxsiyyətinin böyüklüyünü və ucalığını daha dərindən dərk edirik”.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
26-12-2024
25-12-2024
15:30 XALQI BİRLƏŞDİRƏN QƏLƏBƏ