Möhtəşəm qələbəmizin Zəfər yürüşü!
Tarix: 06-12-2022 | Saat: 10:59
Bölmə:Gündəm / Özəl | çapa göndər
Dekabrın 10-da Azərbaycanın 44 günlük Vətən müharibəsində tarixi qələbəsi münasibətilə keçirilən Zəfər paradından iki il ötür. Azərbaycan tarixinə qızıl hərflərlə düşən bu parad Vətən müharibəsində şanlı qələbənin təntənəsi idi. Vətən müharibəsində başda Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyev olmaqla Azərbaycanın qəhrəman Ordusu 44 gün ərzində hər gün irəli gedirdi, yeni şəhərlər, qəsəbələr, kəndlər, yüksəkliklər azad edirdi. Azərbaycan əsgərləri və zabitləri bu günlər ərzində bir amalla, işğala son qoymaq və tarixi ədaləti bərpa etmək amalı ilə vuruşurdu. Bu müharibə nəticəsində Azərbaycan ordusunun gücü ilə beynəlxalq hüquq bərpa olundu və Qafqazda uzun müddət davam edən bir münaqişəyə son qoyuldu və bununla da Azərbaycan xalqının 30 illik torpaq həsrəti başa çatdı, insanlarımız öz doğma torpaqlarına qovuşmaq imkanı əldə etdilər. Bu savaş Azərbaycan xalqına indiyə qədər görünməmiş bir sevinc, qələbə hissini yaşatdı. Azərbaycan bu savaşdan qalib, Ermənistan isə acı məğlubiyyətlə çıxdı. Dünya bir daha Azərbaycan ordusunun gücünü, xalqın birliyini gördü. iki il öncə, dekabrın 10-da Bakıda keçirilən Zəfər paradı bir çox məqamları ilə tarixi əhəmiyyət kəsb edirdi. Əvvəla bu parad Azərbaycanın müzəffər Ali Baş Komandanı, rəşadətli Ordusu və vətənpərvər xalqı ilə qazandığı qələbənin nəticəsini bir daha dünyaya nümayiş etdirdi. İkincisi dünya birliyi Azərbaycan Silahlı Qüvvələrinin canlı və texniki təchizat baxımından hansı gücə malik olduğunu gördü. Üçüncüsü hərbi paradda düşməndən hərbi qənimətlər kimi götürülən hərbi texnika da nümayiş etdirildi ki, bu da Ermənistana hansı miqyasda zərbə vurulduğuna dair rəyin formalaşdırılmasına imkan verdi.
Hərbi parad zamanı Azərbaycan və Türkiyə prezidentlərinin tribunada birlikdə dayanaraq bütün dünyaya Türkiyə-Azərbaycan qardaşlığının sarsılmaz olduğunu nümayiş etdirdilər. Cənab İlham Əliyevin Ali Baş Komandanlığı ilə ordumuz öz tarixi missiyasını şərəflə yerinə yetirdi. Vətən müharibəsində xalqımıza qələbə sevinci yaşadan Azərbaycan Ordusu qarşısında duran ən böyük vəzifəsini layiqincə icra etdi. 44 günlük müharibədəki zəfəri ilə ordumuz yeni tarix yazdı, dövlətçiliyimizi, irsimizi yeni qəhrəmanlıq salnaməsi ilə zənginləşdirdi. Bu qələbə xalqımızın mübariz ruhunun, vətənpərvərliyinin, öz hüquqları uğrunda mübarizə aparmaq əzminin nümunəsinə çevrildi. Bu paradda Azərbaycan Ordusunun döyüş meydanlarında məhv etdiyi, qənimət götürdüyü düşmənin hərbi texnikaları da nümayiş etdirildi. Ermənistanın 30 ildə möhkəmləndirdiyi istehkamlar, səngərlər, Qarabağda cəmləşdirdiyi yüzlərlə, minlərlə hərbi texnika onu xilas edə bilmədi. Azərbaycanın apardığı ən müasir döyüş əməliyyatlarının qarşısında bu texnikalar heç bir işə yaramadılar, ordumuzun hədəfinə çevrilərək metal parçasına döndülər. Azərbaycan Silahlı Qüvvələrinin qələbəsini bəyan etməklə yanaşı, bu parad həm də Ordumuzun gücünün, qüdrətinin nümayişi idi. İndiyədək keçirilən təntənəli hərbi paradlar ölkəmizin müdafiə qüdrətini və xüsusən son dövrlər daha da vüsət alan hərbi modernləşmənin uğurla həyata keçirildiyini göstərmişdi. Xalqımız əmin olmuşdu ki, ən müasir döyüş imkanlarına malik olan ordumuz nəinki istənilən təxribatın qarşısını almağa, həmçinin düşmənin bütün mövqeyini anında məhv etməyə qadirdir.
Zəfər paradından bütün qoşun növlərini əhatə edən 3000 hərbçi ilə yanaşı, 150-dək hərbi texnika keçdi. Birlik, birləşmə və hərbi hissələrin xüsusi texnikaları və silah sistemlərinin keçidi zamanı nümayiş etdirilən xüsusi təyinatlı avtomobil, zirehli-tank texnikası, hava hücumundan müdafiə, artilleriya və əməliyyat taktiki raket sistemləri, pilotsuz uçuş aparatları ordumuzda aparılan modernləşmə işlərinin nümunələridir. Zəfər paradı 44 günlük müharibədə müzəffər Azərbaycan Ordusunun “Dəmir yumruq” əməliyyatı adı ilə Vətən müharibəsindəki Qələbəsini bütün dünyaya təntənəli şəkildə nümayiş etdirmişdir. Paradın keçirilməsi imkanının əldə olunması, sayılı dövlətlərə, millətlərə, seçilmiş sərkərdələrə nəsib olur. Bu baxımdan, Azərbaycan xalqı, Qəhrəman Azərbaycan Əsgəri, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev dünya hərb tarixində qızıl hərflərlə qeyd olundu. Düşünürəm ki, hər bir xalq üçün bundan böyük xoşbəxtlik ola bilməz. Zəfərlərin bol olması arzusu ilə xalqımızı Zəfər Paradının iki illiyi münasibəti ilə səmimi qəlbdən təbrik edirəm.
Allah bütün Şəhidlərimizə rəhmət eləsin! Qazilərimizə Allah şəfa versin!
Elşən Əzizov,
Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatının sədr müavini
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
26-12-2024
10:16 Azərbaycanda matəmdir
25-12-2024