Mobil versiya
Azərbaycanda şəxsin birdən çox partiyaya üzv olması qadağan edilir
Tarix: 06-12-2022 | Saat: 10:19
Bölmə:Siyasət | çapa göndər

Azərbaycanda şəxsin birdən çox partiyaya üzv olması qadağan edilir


Azərbaycanda şəxsin birdən çox partiyaya üzv olması qadağan edilir.

aia.az-ın xəbərinə görə, bu, "Siyasi partiyalar haqqında" yeni qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, qanunun 1.1.7-ci maddəsinin (siyasi partiyanın üzvü – siyasi partiyaya qəbul olunmuş 18 yaşına çatmış tam fəaliyyət qabiliyyətli Azərbaycan Respublikasının vətəndaşı) tələblərinə cavab verən şəxs siyasi partiyanın üzvü ola bilər. Şəxs yalnız bir siyasi partiyanın üzvü ola bilər. Dövlət qeydiyyatına alınmış siyasi partiyanın üzvü partiyanın yalnız bir yerli təşkilatında (olduğu halda) qeydiyyatda ola bilər.

Qeyd edək ki, "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında ikinci oxunuşda müzakirəyə çıxarılacaq.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-05-2024