Rusiya NATO-nu tərkisilah edir..?
Tarix: 02-12-2022 | Saat: 17:26
Bölmə:Karusel / Özəl | çapa göndər
NATO ölkələrinin üçdə ikisi artıq Kiyevi silahla təmin edə bilmir.
aia.az xəbər verir ki, bu barədə “The New York Times” (NYT) keçən ayın son günlərində Şimali Atlantika Alyansının təmsilçilərindən aldığı məlumata istinadən xəbər verib. Xəbərə görə, NATO ölkələrinin üçdə ikisinin Ukraynanı silahla təchiz etmək potensialı artıq tükənib.
Məlumatı NYT-a təqdim edən alyans təmsilçilərinin fikrincə, NATO-nun 30 ölkəsindən 20-nin silah ehtiyatı “demək olar ki, sıfıra bərabərdir”. Bununla belə, alyansın qalan 10 üzvü hərbi tədarükləri davam etdirmək imkanını saxlayıb. Bu ölkələrə Fransa, Almaniya, İtaliya və Hollandiya da aiddir.
Məlumatlarda bu da vurğulanır ki, Polşa və Baltikyanı ölkələr silah ehtiyatları ilə bağlı xüsusilə çətin vəziyyətdədirlər. Hərbi əməliyyatlar başlanandan indiyədək NATO ölkələri Kiyevə ümumilikdə 40 milyard dollar dəyərində silah təhvil veriblər ki, bu da Fransanın illik hərbi büdcəsi ilə müqayisə oluna bilər.
Elman Hüseynov
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
25-12-2024
15:30 XALQI BİRLƏŞDİRƏN QƏLƏBƏ