Pabriks Riqa polisin hərəkətindən hiddətlənib
Tarix: 02-12-2022 | Saat: 12:16
Bölmə:Özəl | çapa göndər
Tezliklə tutduğu vəzifədən gedəcəyi bildirilən Latviyanın müdafiə naziri Artis Pabriks Riqa bələdiyyə polisinin əməkdaşlarının hərəkətlərindən hiddətləndiyini “Twitter” mikrobloqunda dərc etdiyi yazıda bəyan edib.
Bu barədə xəbəri yayan bb.lv saytı yazır ki, nazir polisin şəhərdə evsiz qadınla necə davranmasından xəbər tutandan sonra hiddətini ifadə edib. “Riqa bələdiyyə polisinin Brivibas küçəsində dilənçi qadınla görüşü düşünməyə vadar edir. Polislər qadının oturduğu karton qutuları götürərək çıxıb getdilər. Soruşmaq olarmı, qadının əlcəklərini niyə götürməyiblər? Mənə elə gəlir ki, ya onu götürüb aparmaq, ya da ümumiyyətlə sakit qoymaq düzgün olardı”, – siyasətçi mikrobloqunda yazıb.
Maraqlıdır ki, şərhlərdə insanlar siyasətçini ikiüzlülükdə ittiham edərək, polisi hələ də onun partiyasının nazirliklərinin idarə etdiyini xatırladıblar. Əgər yuxarıdan əmr olsaydı, polis evsizləri bu qədər fəal şəkildə təqib etməyi dayandırardı.
aiaAz
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
25-12-2024
15:30 XALQI BİRLƏŞDİRƏN QƏLƏBƏ