Mobil versiya
Böyük Britaniyanın sanksiyasına Dağıstan lideri cavab verdi
Tarix: 02-12-2022 | Saat: 10:51
Bölmə:Karusel / Özəl | çapa göndər

Böyük Britaniyanın sanksiyasına Dağıstan lideri cavab verdi

Böyük Britaniyanın sanksiyalar siyahısına daxil edilmiş Dağıstanın rəhbəri Sergey Melikov bunun heç bir şəkildə tək onunla bağlı olmadığını bildirib.
"Mənim çoxlu sayda həmkarlarım, Rusiyanın siyasi və hərbi xadimləri artıq bu siyahıya daxil ediliblər və özlərini kifayət qədər yaxşı hiss edirlər və heç bir əziyyət çəkmirlər", - Dağıstan prezidenti vurğulayıb.
"Mən əvvəldən axıra qədər Rusiya Federasiyasının xüsusi hərbi əməliyyat zamanı hərəkətlərini dəstəkləmişəm və dəstəkləməkdə də davam edirəm. Bu gün ölkəmizin azadlığını, bütövlüyünü, bölünməzliyini müdafiə edən hərbçiləri dəstəkləyəcəm. Mən ölkəmin əsgəriyəm, prezidentimizin əsgəriyəm və ali baş komandanımızın əmrini yerinə yetirəcəyəm”, - deyə Məlikov əlavə edib .
Qeyd edək ki, noyabrın 23-də Böyük Britaniya 22 yüksək rütbəli rus məmuruna məcburi səfərbərlik və muzdluları həvəsləndirməkdə iştirakına görə sanksiya tətbiq edib.
Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli deyib: "Rusiya rejiminin qismən səfərbərlik qərarı öz ərazilərini müdafiə edən igid ukraynalıları məğlub etmək üçün çıxılmaz cəhd idi. Bu, uğursuzluğa düçar oldu. Bu gün biz bu çağırışı təmin edən şəxslərə sanksiya tətbiq etdik”.
Sanksiya siyahısına federal məmurlar - hərbi sənayedən xaricdə olan və səfərbər edilmişlərin təchiz edilməsinə cavabdeh olan baş nazirin müavini Denis Manturov, MSK-nın rəhbəri Ella Pamfilova Federal Penitensiar Xidmətin rəhbəri Arkadi Qostev, Rostov vilayəti üzrə seçki komissiyasının rəhbəri Andrey Burov, Federal Penitensiar Xidmətin Rostov vilayəti üzrə departamentinin rəhbəri Dmitri Bezrukix, vilayətin hərbi komissarı İqor Yeqorov barəsində də sanksiyalar tətbiq edilib. 
Sanksiyalar Rusiyanın 10 region rəhbərinə də şamil edilib. Onlardan beşi Rusiyanın cənubuna və Şimali Qafqaza aiddir. Bunlar Mahmud-Əli Kalimatov (İnquşetiya), Sergey Melikov (Dağıstan), Batu Xasikov (Kalmıkiya), Vasili Qolubev (Rostov vilayəti) və Veniamin Kondratyevdir (Krasnodar diyarı).

Tahir Həsənov
aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-10-2024