Mobil versiya
Laçınlıların öz doğma yurdlarına qayıdacağı gün yaxındadır
Tarix: 01-12-2022 | Saat: 17:44
Bölmə:Manşet / Siyasət | çapa göndər

Laçınlıların öz doğma yurdlarına qayıdacağı gün yaxındadır

30 ilə yaxın dövrdə erməni mifalogiyası beynəlxalq ictimaiyyətin diqqətini çaşdırır, ”məzlum “erməni xalqının zaman-zaman genosidə məruz qaldıgını bəşəriyyətə həqiqət kimi çatdırmağa cəhd göstərirdilər. Erməni lobbisi qərbdə, avropada antiazərbaycan siyasəti aparır, Qarabağ münaqişəsinin həlli ilə birbaşa məşğul olan, əslində bu münaqişənin həllinə yardımçılıq adı altında yaradılan ATƏT- in Minsk Qrupu isə pərdəarxası erməniləşmiş təşkilata çevrilmişdi.
Ancaq, zaman çox yaralara məlhəm olub. Bu mənada Azərbaycanın sülh çağırışlarına məhəl qoymayan erməni tərəfi öz havadarlarına o qədər güvənirdi ki,müntəzəm olaraq atəşkəsi pozur,hərbiçilərimizlə yanaşı dinc əhalini də qətlə yetirirdilər.
Nəhayət ki, zamanın diktə etdiyi o gün gəldi.2016 - cı ilin aprel hadisələri ilə ermənilər öz əlləri ilə qəbrlərini qazdılar. İşğal etdikləri Azərbaycan ərazilərindən atəşkəsi pozaraq ordumuza qarşı hərbi təxribatlar etdilər.
Əks hücumla Rəşadətli Azərbaycan ordusu ermənistan ordusuna tutarlı dərs verməklə dünyada erməni mifalogiyasını darmadagın etdi.
Xain erməni siyasətçiləri məglubiyyətlərini görüb danışıqlara getdilər.
Amma erməni xisləti yenə də hiyləgərliyindən əl çəkmədi. Zaman qazanıb sülh danışıqlarından qaçdılar. Guya özlərinin xəyalları il “yenilməz ordu” qurdular.
27 sentyabr 2020 - ci ildə yenidən xain düşmən cəbhədə təxribatlara başladı. Amma bu zaman səbr kasası daşmış Azərbaycan Ordusunun əks hücumu ilə rastlaşdı. Azərbaycan Ordusu bütün cəbhəboyu əks hücum əməliyyatları ilə düşmənin silahlı birləşmələrini məhv edərək möhtəşəm qələbəyə imza atdı.
44 günlük Vətən müharibəsinin sonunda Ermənistan tərəfi Rusiyanın iştirakı ilə kapitulyasiya aktına imza atmağa məcbur oldu və beləliklə, Azərbaycanın tarixi Zəfəri təsdiqləndi. Bu kapitulyasiya aktının nəticəsində Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarının işğal edilmiş hissəsindən öz qoşunlarını çıxarmalı idi və buna əməl etdi.
Laçın və Kəlbəcər rayonlarının bir hissəsi 44 günlük Vətən müharibəsi dövründə azad edilmişdi. Laçının cənub, Kəlbəcərin şimal hissəsini müzəffər Azərbaycan Ordusu işğalçılardan azad etmişdi. Lakin, Laçın şəhəri Azərbaycan Ordusunun nəzarətindən kənarda qalmışdı. Bunun da əsas səbəb Ermənistanı Xankəndi ilə birləşdirən avtomobil yolu şəhərin ortasından keçməsi idi.
9 noyabr tarixində aparılan danışıqlar nəticəsində Azərbaycan Prezidentinin təkidi ilə alternativ yolun çəkilişi sənəddə təsbit edildi və 3 il ərzində yeni yolun çəkilişi ilə bağlı razılaşmalar gündəmə gətirildi. Azərbaycan tərəfi razılaşmaları daha tez bir zamanda başa çatdırdı. Rusiya tərəfi ilə yeni yolun marşrutu təsdiqlənmişdi və təxirəsalınmaz tədbirlər görülərək yeni yolun çəkilişinə başlanıldı.
Azərbaycan tərəfi bir il 8 aya öhtəliyi icra etdi.
Yəni, bir il 8 aydan sonra artıq alternativ yol hazır idi. Rəsmi Azərbaycan bildiriş göndərdi ki, avqustun 2-də yol hazırdır, avqustun 5-də Azərbaycan Laçın şəhərinə və o cümlədən köhnə yola daxil olur və Laçın şəhərinə qayıdır. Bundan sonra isə Qarabağda yaşayan ermənilər Azərbaycan dövlətinə müraciət edərək xahiş etdilər ki, onlara avqustun 25-nə qədər əlavə vaxt verilsin. Baxmayaraq ki, burada qanunsuz məskunlaşma olub, Azərbaycan Prezidenti yenə də humanistlik göstərərək onlara bu imkanı verdi.
Beləliklə, avqustun 26-da Azərbaycan Ordusu Laçın şəhərinə daxil oldu və biz Laçın şəhərini qaytardıq.
Laçın şəhərində üçrəngli bayrağımızı qaldıran cənab Prezident bildirdi ki, Laçın şəhərinin azad edilməsi tarixi hadisədir, həmişə tarixdə qalacaq. Bu gün Laçın şəhərində, şəhərin mərkəzində, mərkəzi küçədə Azərbaycan Bayrağını qaldırmışam. Bu bayraq burada əbədi dalğalanacaqdır.
Ölkə Prezidenti erməni vandalizminin azad olunmuş digər tarixi torpaqlarımız kimi Laçında da ciddi izləri qalır.
Həmçinin cənab Prezident Laçında ermənilərin məcburi məskunlaşdırma siyasətinə də fikir bildirdi: ”Laçın şəhəri bütün Laçın rayonu kimi, işğal altında olmuş bütün başqa yaşayış məntəqələri kimi erməni vandalizminə məruz qalmışdır. Erməni vandalizminin təzahürləri hər bir kənddə, hər bir şəhərdə var. Ağdam şəhəri tamamilə yerlə-yeksan edilib, Füzuli şəhəri də, həmçinin Cəbrayıl şəhəri də, bütün kəndlər. Bəzi yerlərdə, o cümlədən Laçın şəhərində ermənilər qanunsuz məskunlaşma aparmışdılar, Ermənistandan və daha çox xaricdən – Suriya və Livandan erməni əsilli insanları gətirib burada qanunsuz yerləşdirmişdilər. Bu, hərbi cinayətdir, bütün beynəlxalq konvensiyalarda hərbi cinayət kimi təsbit edilir və bu cinayət dünya ictimaiyyətinin gözü qarşısında baş vermişdir”.
Ancaq, erməni xisləti fiaskoya uğradı. Bu gün Laçında genişmiqyaslı quruculuq işləri aparılır. Laçının azad olunmasından iki il keçir.
Laçın sakinləri bu xoşbəxt anları sevinclə yaşayır, bərpa- quruculuq işlərinin tezliklə başa çatacağı günü səbrsizliklə gözləyirlər ki, doğma yurdlarına qayıtsınlar. Cənab Prezidentin iki ildə dörd dəfə Laçına səfər etməsi, hər səfər zamanı yeni möhtəşəm layihələrin açılışını etməsi tarixi hadisədir.
Laçın rayonunun yeni inkişaf dövrü.
Laçın rayonunda generasiya gücü yüksək meqavat olan Su Elektrik Stansiyasının işə salınması, rayonun müasir tipli yol-nəqliyyat infrastrukturunun salınması ilə yanaşı 2025-ci ildə Laçında Beynəlxalq Hava Limanının istifadəyə verilməsi planlaşdırılır. İşğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaqdır. Laçın rayonunun Qorçu kəndinin ərazisində inşa ediləcək hava limanı bir neçə mühüm amili özündə ehtiva edir. Burada aeroportun tikilməsi ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək və turizm potensialının artırılmasına səbəb olacaq. Laçın hava limanının inşası həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir. Bu gün Laçın şəhəri, Zabux və Sus kəndlərinin, Laçın 2 nömrəli, Zabux kənd tam orta məktəblərinin bərpası və yenidən qurulması işlərinin sürətlə aparılması qısa zamanda Laçına ilkin qaydışın reallaşacağıdan xəbər verir.
Bu möhtəşəm qələbəni bizə yaşatdığı üçün sakinlərimiz möhtərəm cənab Prezidentə sonsuz məhəbbətlərin və ehtiramların bildirirlər.

İlqar İlyasov,
YAP Laçın rayon təşkilatının sədri
aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-05-2025