Mobil versiya
Azərbaycan Prezidenti Çin liderinə başsağlığı verib
Tarix: 01-12-2022 | Saat: 16:13
Bölmə:Manşet / Siyasət | çapa göndər

Azərbaycan Prezidenti Çin liderinə başsağlığı verib

Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə başsağlığı verib.

aia.az-ın xəbərinə görə, başsağlığı məktubunda deyilir:

"Hörmətli cənab Sədr,

Çin Xalq Respublikasının keçmiş Sədri, görkəmli dövlət xadimi Tszyan Tszeminin vəfatı xəbəri bizi son dərəcə kədərləndirdi.

Azərbaycan Respublikası dövlət müstəqilliyini əldə etdikdən sonra Azərbaycan ilə Çin arasında dövlətlərarası əlaqələrin və əməkdaşlığın təməlinin qoyulmasında Tszyan Tszeminin böyük xidmətləri olmuşdur. Biz Azərbaycan-Çin münasibətlərinin inkişafına Tszyan Tszeminin verdiyi töhfəni yüksək qiymətləndiririk.

Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və bütün Çin xalqına dərin hüznlə başsağlığı verirəm".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-05-2024