Mobil versiya
“Xəmsə” Milli intellektual oyunu
Tarix: 01-12-2022 | Saat: 10:14
Bölmə:Özəl | çapa göndər

“Xəmsə” Milli intellektual oyunu

Sumqayıtda “Xəmsə” Milli intellektual Oyunu keçirildi.

aia.az xəbər verir ki, sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi və Sumqayıt Gənclər evinin birgə təşkilatçılığı ilə 22-24 noyabr 2022-ci il tarixlərində "22 noyabr - Şəhər günü"nə həsr edilmiş “Xəmsə” Milli intellektual oyunu keçirilmişdir.

Yarışın keçirilməsində məqsəd Sumqayıt şəhərinin 73-cü ildönümünün qeyd edilməsi, gənclərin dünya görüşünün, intellektual səviyyəsinin, zehni inkişafının stimullaşdırması, intellektual oyunlara marağın artırılması, onlar arasında sağlam elmi rəqabət mühitinin yaradılması və asudə vaxtlarının səmərəli təşkil edilməsidir.

Üç gün davam edən yarışda şəhərin müxtəlif sahələrini təmsil edən gənclərdən ibarət komandalar iştirak etmişdir. Yarışın yekun nəticəsinə əsasən I yerə Gənclərin İnkişaf və Karyera Mərkəzinin “Gauntlet”, II yerə 28 saylı tam orta məktəbin “Kepler” , III yerə isə 2 saylı Sumqayıt Regional “ASAN xidmət” mərkəzinin “Alfa” komandaları layiq görülmüşlər.

Qalib komandalar Baş İdarənin fəxri fərman, kubok, medal və xatirə hədiyyələri ilə təltif edilmişdir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-12-2024