Mobil versiya
“Sağlam düşüncə, sağlam gələcək” mövzusunda maarifləndirici seminar
Tarix: 30-11-2022 | Saat: 18:06
Bölmə:Özəl | çapa göndər

“Sağlam düşüncə, sağlam gələcək” mövzusunda maarifləndirici seminar

“Şirvan Gənclər Evi” SXM və Şirvan Peşə Liseyinin birgə təşkilatçılığı ilə gənclərin sağlamlıqlarının qorunması və zərərli vərdişlərdən uzaqlaşdırılması məqsədilə “Sağlam düşüncə, sağlam gələcək” mövzusunda maarifləndirici seminar və film nümayişi təşkil olundu.

aia.az xəbər verir ki, seminarda Gənclər Evinin direktoru Əfqan Həsənov narkomaniyanın insanın həyatında yaratdığı fəsadlardan və narkomanlığın əksər hallarda ölümlə nəticələnməsindən bəhs edərək, gəncləri Azərbaycanın gələcəyi naminə, sağlam ailə, sağlam nəsillər naminə narkomaniyaya yox deməyə çağırdı.

Daha sonra Gənclər Evinin təşkilatçılığı ilə könüllülər tərəfindən ərsəyə gətirilən, narkotik aludəçisi olan bir gəncin həyatından bəhs edən “Bir dəfədən heçnə olmaz” adlı qısametrajlı film nümayiş olundu.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi



Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
04-02-2023