Mobil versiya
Co Bayden etirazçıları açıq formada dəstəkləməkdən çəkinir
Tarix: 30-11-2022 | Saat: 14:23
Bölmə:Özəl | çapa göndər

Co Bayden etirazçıları açıq formada dəstəkləməkdən çəkinir


The Hill qəzeti yazır ki, ABŞ prezidenti Co Bayden Çində antikovidlə bağlı görülən tədbirləri diqqətlə izləyir. Bununla yanaşı ÇXR-nın sədri Si Tzinpinə qarşı keçirilən etraz aksiyaları ehtiyatla dəstəkləyir və ona qarşı tənqidlərini azaldıb.

Ağ Evin mətbuat katibi Karin Jan-Pyer, bildirib ki, "insanlar onları gözləyən təhlükəyə qarşı sərbəst şəkildə etirazlarını bildirə bilərlər". Bununla yanaşı o, ABŞ -ın çin xalqına dəstəyi ilə bağlı heç nə deməyib.

Bayden administrasiyasının digər nümayəndələri də, Çin hökumətinə qarşı tənqidi fikirlərini söyləməkdən çəkiniblər. Yalnız Ağ Evin təhlükəsizlik üzrə strateji kommunikasiyar kordinatoru Con Kerbi qəti surətdə, "etirazçıların sülh yolu ilə etirazlarını bildirmək hüquqları var"- deyə bəyan edib.

Mətbu orqan güman edir ki, Bayden bununla Çin lideriylə münasibətlərini normallaşdırmaq istəyir. Etirazçıların açıq şəkildə dəstəklənməsi bu münasibətlərə xələl gətirə bilər.

Xatırladırıq ki, Çində etiraz aksiyaları ötən həftədə başlayıb. Etirazlar 10 nəfərin həlak olmasına səbəb olan Urumçini Sinsyazan şəhərində baş verən yanğından sonra başlayıb. Bildirilir ki, ölkədə COVİD 19 -la bağlı məhdudiyyətlərin qoyulması səbəbindən yanğının qarşısını vaxtında almaq mümkün olmayıb. Etiraz aksitaları Urumçidən başqa, Pekində, Quançjoda, Uxanda və Şanxayda davam edir.

Etirazçılar, karonavirusla bağlı məhdudiyyətlərin yumşaldılmasını tələb edirlər. Bir çoxları hətta ÇXR-nın sədri Si Szinpunin istefasını tələb edirlər. Hakimiyyət sərt formada mitinqləri dağıtmağa başlayıb.

Cəmil
aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024