Mobil versiya
Ermənilər çox ciddi təlaş içərisindədir
Tarix: 30-11-2022 | Saat: 12:05
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər

Ermənilər çox ciddi təlaş içərisindədir

Bunu ekspertlərin və siyasilərin fikirləri təsdiq edir

Ermənistan dalana dirəndikcə müxtəlif rəylə\r meydana çıxmağa başlayıb. Bütün rəylər və fikirlər isə sülh sazişinə ehtiyatlı yanaşma, yaxud heç imzalamamaq mövqeyinə söykənir. Bir tərəfdən rusiya qorxusu, digər tərəfdən Azərbaycanın məcburetmə tədbirlərinə əl atacağı əndişəsi ermənilərin yuxusuna haram qatıb. Odur ki, Ermənistanın həm hakimiyyətdə. Həm də müxalifətdə olan nümayəndələri, eləcə də müstəqil ekspertlər, necə deyərlər, bu əndişə ilə baş-başa qalıblar.
“Jam.news” saytına müsahibəsində Armine Martirosyan deyir: “Belə bir hiss var ki, İran-Moskva-Bak danışıqlarının formatı nəinki məhsuldar deyil, həm də Ermənistan üçün təhlükəlidir. təcili olaraq xarici siyasət kursunu dəyişmək və ABŞ ilə birbaşa strateji əlaqələr qurmaq lazımdır. Bu yaxınlara qədər bir neçə nəfər belə düşünürdüsə, indi getdikcə daha çox mütəxəssis bu fikrə meyl edir”.
MDB məsələləri üzrə ekspert Lilit Qriqoryan Londondan yazır:
 “Nəzərə alsaq ki, Ermənistan tərəfi bütün məsələlərdə Azərbaycana birtərəfli qaydada güzəştə getdiyini söyləmək olar, bu müqavilənin imzalanması həqiqətən də mümkündür. Ermənistanda aktiv daxili siyasi müqavimət yoxdur. İnsanların əksəriyyəti seçilmiş yolun əleyhinə olsalar da, onu məğlubiyyət və təhlükəli hesab edirlər. Ermənistanın siyasi elitası uzun müddətdir ki, əhalinin əksəriyyətini təmsil etmir. Paşinyanın sülh müqaviləsi imzalamaq niyyətində olduğunu açıqlamasından sonra baş tutan qısa aksiya təşkil olunmadığı üçün müxalifət üçün fiaskoya çevrildi. Erməni siyasi elitasının bu prosesə qarşı çıxmaq arzusu yoxdur, çünki bu həm də Rusiyaya qarşı çıxmaq, Moskvaya tələblər qoymaq və yeni tərəfdaşlar axtarmaq deməkdir”.
Politoloq Suren Surenyants deyir ki, müxalifətin siyasətlə bağlı primitiv təsəvvürləri var. Onun sözlərinə görə, müxalifətçilər özlərini rusiyapərəst kimi göstərirlər, lakin Ermənistan-Rusiya münasibətlərini “kriminal-oliqarxiya sisteminin bərpası” ilə eyniləşdirməsi nəticəsində Rusiyanın imicinə zərbə vururlar” .
Qlobal və Regional Əməkdaşlıq Mərkəzinin rəhbəri, politoloq Stepan Qriqoryan yazır:
“Ermənistanda 2018-ci il inqilabına qədər ən azı 20 təhlükəsizlik sistemi Rusiyaya qoşulmuşdu. Burada Rusiyanın hərbi bazası yerləşdi, Ermənistan KTMT-yə üzv oldu, bir sıra strateji obyektlər Moskvaya verildi, Türkiyə və İranın sərhədləri Rusiya sərhədçiləri ilə birlikdə qorundu, yeni hökumət gəldikdən sonra birgə hava hücumundan müdafiə sistemi quruldu. Ümumiyyətlə, təhlükəsizlik kompleksi Rusiya ilə əməkdaşlığa və Rusiyanın KTMT-də dominantlığına əsaslanmış oldu.Ermənistan başqa ölkələrlə də əməkdaşlıq edirdi, amma hərbi və siyasi komponentləri Rusiya və KTMT ilə birləşdirdi.
Lakin son illərdə Rusiya, Türkiyə və Azərbaycan başqa maraqlar əldə etdi və Ermənistanın bütün təhlükəsizlik sistemi çökdü. KTMT məsələsində biz öz öhdəliklərimizdən boyun qaçırmaqla yanaşı, hətta alçaldıcı bəyanatlar şəklində də yeni təhlükələrlə üzləşdik. 2021-ci ilin may ayından etibarən KTMT Azərbaycanın Ermənistana qarşı bütün təcavüzlərini (Qara Göl, Sotk, Cermuk) “sərhəd hadisələri” kimi şərh etməyə başlayıb. ”
Bir sözlə, son ayda təkcə “Jam.news” xəbər portalına nəzrə salmaq kifayətdir ki, ermənilərin əmndişəsinin miqyası analşılsın.

Şəmsi Qoca
aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024