Mobil versiya
Sədaqət Vəliyeva: Beynəlxalq səviyyəli konfranslar haqq səsimizin və mövcud reallıqların dünya ictimaiyyətinə çatdırılmasında böyük rol oynayır
Tarix: 30-11-2022 | Saat: 11:45
Bölmə:Siyasət | çapa göndər

Sədaqət Vəliyeva: Beynəlxalq səviyyəli konfranslar haqq səsimizin və mövcud reallıqların dünya ictimaiyyətinə çatdırılmasında böyük rol oynayır

“Noyabr ayının 25-də ölkəmiz növbəti dəfə dünyanın beyin mərkəzlərinin, tanınmış siyasi ekspertlərin iştirakı ilə keçirilən Beynəlxalq Konfransa ev sahibliyi etdi. Ölkəmizdə bu cür beynəlxalq səviyyəli konfransların keçirilməsi Azərbaycanın dünyadakı yüksək nüfuzunun göstəricisi olmaqla yanaşı haqq səsimizin və mövcud reallıqların dünya ictimaiyyətinə çatdırılmasında böyük rol oynayır. ADA Universitetində keçirilən, "Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat" mövzusuna həsr olunmuş beynəlxalq konfransda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak və çıxış etdi. Çıxışı zamanı Prezident İlham Əliyev ölkəmizdə hökm sürən sabitlik və bu sabitliyin inkşafımızda böyük rolu oynadığını xüsusi vurğuladı. Daha sonra Azərbaycan Lideri, ölkəmizin iştirakçısı olduğu nəqliyyat- kommunikasiya, neft-qaz layihələri, Azərbaycanda inşa edilən hava limanları və bu limanların yük daşımalarındakı əhəmiyyəti barəsində məlumat verdi. Bəli, bu gün Azərbaycan dünyada nüfuzu və qüdrəti günbəgün artmaqda olan, dünya dövlətlərinin əməkdaşlıq etməyə can atdığı, dünyanın ən sabit və inkşaf edən ölkələrindən biridir. inkşaf etdirməyə, ölkəmizin ev sahibliyi etdiyi layihələrdə iştirak etməyə can atır.” Bunu Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, Beynəlxalq Konfransda çıxışı zamanı ölkə başçısı İlham Əliyev bir sıra iqtisadi, geosiyasi, təhlükəsizlik məsələlərinə toxunmaqla yanaşı növbəti dəfə Ermənistana və onun havadarlarına lazımi mesajlar da verdi. Ali Baş Komandanımız Ermənistanın yalan, hiyləgər, terror siyasəti, Fransanın və İranın ikiüzlü, riyakar və anti-Azərbaycan mövqeyi sərgilədiyini qeyd etdi. Cənab Prezidentimizin bu çıxışı Ermənistana və onun havadarlarına verilən lazımi mesajlar olmaqla yanaşı bir daha Dəmir Yumruğun qətiyyətini göstərmiş oldu: “Bu gün Azərbaycan sözü və əməli vəhdət təşkil edən, vahid standartlara əsaslanan inkşafa və sülhə hesablanmış uğurlu, müdrik siyasət həyata keçirir.”

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi



Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
04-02-2023