Mobil versiya
Türkiyəli deputatdan Azərbaycan xalqına ismarıc
Tarix: 14-06-2016 | Saat: 13:09
Bölmə:Siyasət | çapa göndər

Türkiyəli deputatdan Azərbaycan xalqına ismarıc




Azərbaycan millət olaraq bizim könül qardaşımızdır. İki ayrı ölkə olsaq da, biz bir millət olaraq istənilən beynəlxalq arenada bir-birinə dəstək verən iki qardaş ölkəyik.

Bunu Milli.Az-a açıqlamasında Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvü, türkiyə-Azərbaycan Parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvar bildirib.



Millət vəkilinin sözlərinə görə, bu gün Azərbaycan Qafqazın iqtisadi və mədəni mənada ən böyük ölkələrindən biridir: "Uğurlar əldə etmiş ölkələrin və millətlərin tarixlərinə baxdıqda suverenlik və müstəqillikləri üçün böyük əziyyətlər çəkdiyini görərik. Azərbaycan da tarixində çok acılar çəkib və bu günlərinə asan yolla gəlməyib. Xüsusilə də ötən əsrin 90-cı illərində Azərbaycan çox sınaqlardan keçib. 1993-cü ildə isə ölkədə silahlı qarşıdurma və qarışıqlıq şəraitində Azərbaycanın milli lideri Heydər Əliyev xalq və iqtidar tərəfindən Naxçıvandan Bakıya dəvət edildi. Həmin il Azərbaycanı mümkün vətəndaş müharibəsindən uğurla qurtaran Heydər Əliyev 15 iyun 1993-cü ildə parlamentin sədri seçildi. Azərbaycanın taleyini dəyişən həmin tarix bu gün bütün xalq tərəfindən Milli Qurtuluş Günü kimi tanınır və qeyd edilir. Bu tarixdən sonra xalqının birliyi, bərabərliyi və Heydər Əliyevin əzmkar lider duruşu sayəsində Azərbaycan bu gün Qafqazın parlayan ulduzu olaraq layiq olduğu yerini alıb.

Azərbaycan və Türkiyə üzərində oynanan oyunlar, planlar bu gün hər kəsə bəllidir. Planlar və oyunlar nə olursa-olsun, Türkiyə və Azərbaycan parlamağa, yüksəlməyə davam edəcək. Azərbaycan xalqının bu önəmli günlərinə ortaq olur, Azərbaycanın Milli Qurtuluş Gününü təbrik edirəm!"



aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə