Mobil versiya
"Siyasi partiyalar haqqında" qanun layihəsi I oxunuşda qəbul edildi
Tarix: 29-11-2022 | Saat: 16:19
Bölmə:Siyasət | çapa göndər

"Siyasi partiyalar haqqında" qanun layihəsi I oxunuşda qəbul edildi

Bu gün Milli Məclisin plenar iclasında “Siyasi partiyalar haqqında” qanun layihəsi müzakirə olunub.

aia.az xəbər verir i, Milli Məclis tərəfindən bu il iyulun 26-da dövlət qeydiyyatına alınmış siyasi partiyalara yeni qanun layihəsi ilə bağlı təkliflərin təqdim olunması üçün müraciət edilib. Ötən müddət ərzində 50-yə yaxın siyasi partiya 250-dən çox təklifini rəsmi qaydada təqdim edib.

Bununla yanaşı, yeni qanun layihəsi ilə bağlı dinləmələr keçirilib. Belə ki, oktyabrın 24-də Milli Məclisdə parlamentdə təmsil olunan və eyni zamanda, dövlət qeydiyyatından keçərək ölkədə fəaliyyət göstərən əksər siyasi partiyaların sədrləri və nümayəndələrinin iştirakı ilə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ilə bağlı ictimai dinləmə keçirilib. Növbəti dinləmə isə noyabrın 4-də baş tutub və dinləmələrdə siyasi partiya rəhbərləri və nümayəndələri qanun layihəsi ilə bağlı öz təklif və rəylərini bildirib. Təqdim olunan rəylər əsasında qanun layihəsinin yeni variantı hazırlanıb.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq birinci oxunuşda təsdiq edilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024