Mobil versiya
GUAM Parlament Assambleyasının Büro və sessiya iclasları keçirilib - FOTOLAR
Tarix: 28-11-2022 | Saat: 17:47
Bölmə:Manşet / Siyasət | çapa göndər

GUAM Parlament Assambleyasının Büro və sessiya iclasları keçirilib

Noyabrın 28-də GUAM Parlament Assambleyasının videokonfrans formatında Büro və sessiya iclasları keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən aia.az-a bildirilib ki, əvvəlcə GUAM Parlament Assambleyasının 17-ci Büro iclası baş tutub.

İclasda Milli Məclisin deputatı, GUAM PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Elnur Allahverdiyev çıxış edib. Elnur Allahverdiyev diqqəti Azərbaycanla Ermənistan arasında normallaşma prosesinə, bu istiqamətdə göstərilən beynəlxalq səylərə yönəldib. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi və Fransa prezidentinin iştirakı ilə aparılan danışıqlarda Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımasını sülh prosesində mühüm addım kimi dəyərləndirən Milli Məclisin deputatı bir neçə gün sonra Fransa Prezidentinin Azərbaycana qarşı reallıqdan uzaq, böhtan xarakterli açıqlamalar verməsinin, Fransa Senatının ölkəmizə qarşı qərəzli qətnamə qəbul etməsinin isə heç bir məntiqə sığmadığını bildirib. Bunu tarixə qovuşmuş münaqişəni yenidən alovlandırmaq cəhdi kimi dəyərləndirən deputat belə hərəkətlərin Azərbaycanla Ermənistan arasında postmünaqişə dövründə davam edən normallaşma prosesinə xələl gətirdiyini vurğulayıb. Elnur Allahverdiyev Cənubi Qafqazda dayanıqlı sülhün və əməkdaşlığın inkişafı üçün əldə olunmuş razılaşmaların bütün şərtlərinə əməl etməyin vacib olduğunu bildirib.

Büroda GUAM Parlament Assambleyasının komitə iclaslarının yekunları, GUAM PA-nın 15-ci sessiyasının yekun sənədinin layihəsi barədə və digər məsələlərə baxılıb, müvafiq qərarlar qəbul olunub.

x x x

Sonra GUAM Parlament Assambleyasının videokonfrans formatında 15-ci sessiyası keçirilib.

Tədbirdə Milli Məclisin deputatları - GUAM PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Elnur Allahverdiyev, nümayəndə heyətinin üzvləri Əli Məsimli, Qüdrət Həsənquliyev, Cavid Osmanov, GUAM-ın baş katibi Altay Əfəndiyev, Baltik Assambleyasının nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.

Sessiyada GUAM-ın 25 illiyi, təhlükəsizlik və enerji böhranı kontekstində GUAM ölkələrinin əməkdaşlığı, qurumun əsas iqtisadi layihələrinin dəstəklənməsi kimi məsələlər müzakirə edilib.

GUAM PA-da nümayəndə heyətimizin rəhbəri Elnur Allahverdiyev “Təhlükəsizlik və enerji böhranı kontekstində GUAM ölkələrinin əməkdaşlığı” mövzusunda çıxış edib. O, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələrdən, bu istiqamətdə Gürcüstanla qurulan strateji tərəfdaşlıqdan danışıb.

Avropanın enerji arxitekturasında baş verən proseslər barədə fikirlərini bölüşən Elnur Allahverdiyev GUAM regionunda əməkdaşlığa və sabitliyə mane olan amillərə toxunub, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının region ölkələrinin iqtisadi inkişafına və əməkdaşlığının genişlənməsinə xidmət edəcəyinə əminliyini bildirib.

Sessiyada GUAM PA-ya sədrlik Moldovadan Ukraynaya keçib, iclasın sonunda yekun sənəd olaraq kommünike qəbul edilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi



Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-02-2023