Mobil versiya
İran inqilab ərəfəsindədir
Tarix: 28-11-2022 | Saat: 09:56
Bölmə:Siyasət / Özəl | çapa göndər

İran inqilab ərəfəsindədir

Əhli-Beytin adından istifadə edib əhli-bytə zülm edən, əmmaməni və çadranı dindarlıq pərdəsi kimi kullanıb dindən uzaqlaşan, batində lüm-lüm udub zahirdə şiəlik davası aparan İran öz mahiyyətini ortaya qodu. İndi hamıya aydın olmağa başlayıb ki, İran əslində dindən də, məzhəbdən də ancaq öz məqsədləri xatirinə istifadə etməklə məşğuldur.
Özünün 2500 illik dövlətçilik ənənəsi ilə öyünməkdən zövq alan fars-molla rejimi hələ də köhnə miflərin cazibəsindən çıxa bilmir. Mən hərdən düşünürəm ki, nədən ermənilərlə farslar bu qədər canbir qəlbdirlər. İndi məlum olur ki hər ikisi eyni dərəcədə xəyallar qurur, olmayan qəhrəmanlar, uydurma tarix yaratmaq xülyası ilə yaşayırlar. Digər tərəfdən terrora meyllilik, yekə-yekə danışmaq, özünə ağa axtarmaq bunların təbiətində imiş, genetikaları belə sarsaq miflərlə doluymuş. Türkə nifrət hər ikisini birləşdirən amil imiş sən demə. Türkün böyüklüyünü, əzəmətini həzm edə bilmədiklərindən qaynaqlanan bu nifrət artıq sağalmaz bir xəstəlik kimi erməni-fars cütlüyünün iliyinə qədər işləyibmiş.
Halbuki bizim saxta və mifoloji tarixə heç zaman ehtiyacımız olmayıb. Bəşər tarixi Türklərin yaratdığı imperiyalarda, qurduqları hər bir dövlətdə nizam, firavanlıq, ədalət kimi bəşəri dəyərlərlə zəngindir. Firdovsinin mifik qəhrəmanlarından başqa öyünəcək tutanaqların da saxtalığı hamıya məlumdur. Amma Türkün əzəmətinə kölgə salacaq bir ip ucu belə tapmayan erməni-fars birliyi əlacı Türklərə qarşı nifrət toxumları səpməkdə, nifaq yaradıb qan tökməkdə tapıblar. Hər yüz ildən bir ermənilər və farslar arasında baş qaldıran bu xəstəlik sarmış olduğu bədəni yarımcan hala salandan sonra bir qədər toxtaqlıq tapırlar. Nə yazıq ki, bunların içində bir ağıllı baş tapılmayıb ki, bu xəstəliklərinə əlac edə bilsin. Görünür, bu zavallıları Allahın qəzəbi tutub. Çünki eşşək eşşəkdir ki, bir dəfə batdığı palçığa ikinci dəfə girməz. Di gəl ki, bunlar bəlkə yüzüncü dəfə belə batdıqları palçıqdan həzz alırmışlar kimi ona doğru can atırlar.
İslam qardaşlığından ağzdolusu danışmağı sevən İran (əslində fars-molla rejimi) hakimiyyəti öz mahiyyətini din pərdəsinə nə qədər bürüsə belə, zaman-zaman riyakarlığını büruzə verirdi. Ayağının altını cənnət bildikləri qadına, anaya zülm eləmək, onu qara pərdəyə bürüyüb qara taleyi ilə barışmağa məcbur edən bir rejimə məhəbbət necə ola bilər? Özünü şiələrin himayədarı elan edib az qala 90 faizi şiə olan Azərbaycan türklərinə qarşı ermənilərlə işbirliyində olan, Kərbəla müsibətinə saxta göz yaşları axıdıb, Xocalı qətliamına görə səsini çıxarmayan molla rejiminə necə inanmaq olar? İşğal olunmuş Azərbaycan torpaqlarında narkotik əkib başları dumanlananda yadlarına düşməyən qırmızı cizgilər birdən-birə haradan peyda oldu? Əlbəttə, bu bizə gün kimi aydındır ki, İran Azərbaycanın müstəqilliyini həzm edə bilmir. Azərbaycan türklərinin hesabına dövlətçiliyini qoruyan İranda hakimiyyət farsların əlinə keçəndən sonra bu millətə qarşı nifrə səngimir. Babaları Firdovsi kimi nifrət və söyüş püskürən fars-molla rejimi üzdə “dost”, arxada düşmən xislətini tərgidə bilmir ki, bilmir. Olsun, amma daha gizlənməyə də ehtiyac yoxdur. Hər kəsin mahiyyəti ortadadır. Mədəniyyət Mərkəzi adı altında yaradılan, əslində casus mərkəzi olan, gənclərin beynini yuyub dövlətinə, xalqına, hətta ata-anasına qarşı üsyan etdirən bir rejimdən bundan yaxşısını gözləmək də əbləhlikdən başqa bir şey deyildir.
İrandakı son hadisələr də elə bu oyunbazlığın meyvəsidir. Ataların “nə əkərsən, onu da biçərsən” məsəli hələ də qüvvəsində qalmaqdadır. Bəli, İran illərlə əkdiyini biçməyə başlayıb. Rejim çökmə ərəfəsindədir. Bu çöküş də illərlə yığılmış nifrətin, xalq qəzəbinin daşması ilə müşaiyət olunur. Buna görə də daxildəki böhranı gizlətmək üçün İranın başsız başbilənləri ən yaxşı variant kimi Azərbaycana qarşı hədə-qorxu ilə danışmağı, Arazın sahilində domabalaq aşıb xox gəlməyi seçiblər. 30 il ərizndə bircə dəfə ərazi bütövlyüyndən, suverenlikdən, beynəlxalq hüquqdan danışmayıb ağzına su alan mollabaşlar indi qırmızı tuman sevda düşüblər. Zəngəzur dəhlizinin açılması əslində nə İrana, nə də ermənilərə heç bir ziyan vurmur. Yeri gəlsə, İranın Avropaya ən rahat qapısı da elə bu dəhlizdən keçəcəkdir. Belə isə niyə bu “dahi” əmmaməlilər erməni sevgisindən məst olublar? Ona görə ki, yuxarıda qeyd etdiyim kimi birinci səbəb diqqəti daxili problemlərdən yayındırmaqdırsa, ikinci səbəb Azərbaycanın Türk dünyası ilə bütövləşməsini əngəlləməkdir. Bundan sonra Vilayəti kimilər nə qədər and içib aman eləsələr də biz zatən olub bitənlərin mahiyyətini yaxşı anlayırıq. Sadəcə, mehriobanlıq, qonşuluq xatirinə abır eləyib susmağımız da İrana olan sevgimizdən, yaxud qorxudan deyil. Dinc yaşamaq, sülh şəraitində yaşayıb qurub yaratmaq bizim amalımızdır. Bir halda ki “din qardaşlarımız”, “şiə təəsübkeşlərimiz”, “İmam Hüseyn aşiqlərimiz” erməni xəstəliyinə tutulub bizə olan münasibətlərini açıq aşkar bildirdilər, biz də susası deyilik. Suvernlikdən dəm vuranlar onda zəhmət çəkib Birləşmiş Ərəb Əmirliklıərinin işğal etdikləri 3 adasını qaytarsınlar, İraqda, Livanda aprdıqları hibrid müharibələrinə son qoysunlar. Bəlkə bundan sonra onalr həqiqi islama qulluq etmiş olarlar.
Çünki, sözdə hamını hidayətə çağıran İran başbilənləri hidayətə gəlsələr də, gəlməsələr də artrıq yuxarılar köhnə qayda ilə idarə edə bilmir, aşağılar isə köhnə qaydalarla yaşamaq istəmir. Bu da inqilabi şəraitin yetişdiyi anlamına gəlir. İnşallah, bu inqilab xalqlar həbsxanasına çevrilən İranı viran olmaq bəlasından qurtarar.

Şəmsi Qoca
aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-12-2024