Mobil versiya
Əlcəzairdə qrup şəklində qətl törətməkdə ittiham olunan 49 nəfər edam cəzasına məhkum edilib
Tarix: 25-11-2022 | Saat: 14:52
Bölmə:Özəl | çapa göndər

Əlcəzairdə qrup şəklində qətl törətməkdə ittiham olunan 49 nəfər edam cəzasına məhkum edilib


Bu barədə İngiltərənin “The Guardian” qəzeti xəbər verir. Xəbərdə bildirilir ki, 2021-ci ildə Əlcəzairin dağlıq Berber bölgəsində baş vermiş dəhşətli meşə yanğını 90 nəfərin ölümünə səbəb olub. Yerli sakinlər yanğını söndürmək üçün köməyə gələn insanlardan birini, rəssam Camal bin İsmayılı həmin yanğını törətməkdə şübhəli biliblər. Sonradan bu şübhələrin əsassız olduğu müəyyən edilsə də, Camal üçün artıq çox gec olub. Qəzəbli sakinlər əslində onlara kömək etmək üçün burda olan rəssamı amansızlıqla qətlə yetiriblər.

Qətl hadisəsinin qrafik görüntüləri sosial mediada paylaşıldıqdan sonra bütün ölkə şoka düşüb. 100-dən çox şübhəli Camal bin İsmayılın qətli ilə bağlı Əlcəzairin Dra el Beida şəhərciyində yüksək təhlükəsizlik şəraitində keçirilən məhkəmə prosesində iştirak edib, onların bir çoxu rəssamın ölümündə hansısa formada iştirakda təqsirli bilinib. Məhkəmənin qərarı ilə 49 nəfər edam cəzasına məhkum edilib. Məhkəmə prosesində könüllü vəkillər qrupunun üzvü olan vəkil Hakim Sahebin verdiyi məlumata görə daha 38 nəfərə 2 ildən 12 ilə qədər həbs cəzası kəsilib.

Böyük ehtimalla cümə axşamı edam cəzasına məhkum edilənləri ömürlük həbs cəzası gözləyir, çünki Əlcəzairdə hal-hazırda edamlara moratorium qüvvədədir...

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi



Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-11-2022