Mobil versiya
Anar Nəbiyev: Azərbaycan – Albaniya münasibətləri yeni müstəvidə
Tarix: 25-11-2022 | Saat: 09:29
Bölmə:Siyasət | çapa göndər

Anar Nəbiyev: Azərbaycan – Albaniya münasibətləri yeni müstəvidə

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin xalqımızın milli maraqlarına söykənən məqsədyönlü və uğurlu siyasəti ölkəmizin ictimai - siyasi, sosial - iqtisadi həyatında davamlı inkişafa, yeni - yeni uğurların, qələbələrin qazanılmasına, vətəndaşlarımızın xoşbəxt və firavan yaşayışına xidmət edir.
Bu gün Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları qalib ölkənin qalib Lideri kimi mütamadi olaraq xarici ölkələrə səfər edir, dövlət başçıları ilə görüşür, keçirilən beynəlxalq tədbirlərdə iştirak edir. Şanlı Zəfərlə başa çatan, Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsində Möhtəşəm Qələbədən sonra ölkəmizin nəinki regionda, eləcə də beynəlxalq aləmdə hörməti, nüfuzu daha da artmış, mövqeyi daha da möhkəmlənmişdir. Bu gün Azərbaycan dünyada güclü iqtisadiyyata, müstəqil siyasətə, Qüdrətli Orduya, hörmətli, nüfuzlu, təcrübəli, qətiyyətli Liderə malik bir ölkə kimi tanınır və etibarlı tərəfdaş kimi qəbul edilir.
Beynəlxalq təşkilatların rəhbərləri ilə, ayrı - ayrı dövlət başçıları ilə keçirilən işgüzar görüşlər, əldə olunan razılaşmalar, imzalanan sənədlər bir daha sübut edir ki, Azərbaycan regionun lider ölkəsidir və onun iştirakı olmadan Cənubi Qafqaz regionunda heç bir layihə, heç bir anlaşma reallaşa bilməz. Bu günlər bir çox Avropa ölkələri mövcud Azərbaycan reallıqlarını düzgün qiymətləndirərək, sözü ilə, imzası bir olan, etibarlı tərəfdaş kimi qəbul edilən, Avropanın enerji təhlükəsizliyinə böyük töhfələr verən Azərbaycanla əməkdaşlıq etməyə, əlaqələr qurmağa can atır. Avropa ölkələri ilə ikitərəfli və çoxşaxəli əməkdaşlığın qurulması və inkişafı da ölkəmizin prioritet istiqamətlərindən biridir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin noyabrın 15-də Albaniya Respublikasına dövlət səfəri də bu qəbildən atılan növbəti addımlardandır. Bu səfər Prezident İlham Əliyevin Albaniyaya ilk səfəri idi. Təbii ki, səfərin məqsədi ölkələrimiz arasında olan yüksək səviyyəli əlaqələrin daha da inkişafı və gücləndirilməsi məqsədi daşıyırdı. Onu da qeyd edək ki, dost Albaniya Respublikası ilə Azərbaycan arasında diplomatik münasibətlər 1993-cü ilin sentyabr ayının 23-də qurulub və bu münasibətlər daim yüksələn xəttlə inkişaf edir. Ötən illər ərzində hər iki ölkənin dövlət başçıları və yüksək vəzifəli şəxslərinin iştirakı ilə çoxsaylı rəsmi və işgüzar səfərlər həyata keçirilmiş, mədəniyyət və turizm, sənaye və texnologiya, iqtisadi sahələrdə əməkdaşlıq haqqında bir çox sənədlər imzalanmışdır. Dost Albaniya Respublikası həmişə Azərbaycanın mənfur Ermənistanla dayanıqlı sülhə və əməkdaşlığa yönəlmiş səylərini, addımlarını müxtəlif beynəlxalq təşkilatlarda dəstəkləmiş və ölkəmizlə həmişə uğurlu əməkdaşlıq etmişdir. Bu gün beynəlxalq aləmdə donor bir ölkə kimi tanınan 100-ə yaxın ölkələrə köməklik göstərən, yardımlar edən Azərbaycan da öz növbəsində Albaniyaya qarşı dost, qardaş münasibətləri göstərmişdir. 2019-cu ilin noyabr ayının 26-da Albaniyada baş vermiş zəlzələ zamanı Azərbaycan tərəfindən Albaniyaya 500 min avro yardım edilmişdir.
Möhtərəm Prezidentimizin Tiranaya səfəri zamanı təkcə enerji sektorunda deyil, həmçinin turizm, kənd təsərrüfatı, texnoloji və s. sahələrdə də əməkdaşlığın vacibliyi ön plana çəkildi ki, bu da mövcud Azərbaycan reallıqları fonunda Azərbaycan - Albaniya çoxtərəfli əməkdaşlığının inkişafında yeni bir mərhələnin başlandığını ehtiva edir.

Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri
aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024