Mobil versiya
Kəlbəcər rayonunun inkişaf dövrü.
Tarix: 24-11-2022 | Saat: 11:46
Bölmə:Siyasət | çapa göndər

Kəlbəcər rayonunun inkişaf dövrü.

Digər bölgələrimiz kimi, Kəlbəcərin də potensialı gərəyincə öyrənilib, araşdırılmayıb. Buna görə də aylar, illər keçdikcə rayonun yeni-yeni iqtisadi-sosial inkişaf imkanları üzə çıxacaq...
1989-1990-cı illərdən bəri ermənilərin separatçılıq və işğalçılıq hərəkətləri ilə əlaqədar Kəlbəcərdə də quruculuq, abadlıq, təsərrüfat, sənaye və s. işləri tənəzzülə uğramağa başlayıb.1993-cü il 2 aprel tarixində Ermənistan Respublikası silahlı qüvvələri tərəfindən Kəlbəcər rayonu işğal edilmişdir. İşğal zamanı 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb. İşğal nəticəsində Kəlbəcərin əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur oldu. İşğal nəticəsində onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, yüzlərlə maşın, texnika və s. talan edilmiş, dağıdılmış və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınmışdır.Kəlbəcər rayonu cəmi 1 il 5 ay ərzində müstəqil Azərbaycan Respublikasının nəzarətində olub. Və təbii ki, bəhs edilən illərdə də erməni problemi göz açmağa, quruculuq, inkişaf barədə düşünməyə macal verməyib...İşğaldan əvvəl Murov yolu və tunel kompleksi ilə yanaşı, Kəlbəcər şəhəri yaxınlığında Taxta düz adlanan ərazidə hava limanının inşa edilməsi, rayon ərazisində civə zavodunun tikintisi, Tərtər çayının sahili boyunca Ağdərə yoluna alternativ kimi yeni avtomobil yolunun çəkilməsi də diqqət mərkəzində olub. Nazirlər Sovetinin 1990-cı il, 21 may tarixli 212 nömrəli qərarı ilə təsdiq olunmuş tədbirlər planına əsasən 1995-ci ilədək başa çatdırılmalı olan layihələr aşağıdakılar idi:
— Tunel-Bəylik-Hacısamlı yolunun yenidən qurulması;
— Gəncə-Kəlbəcər-Laçın-Həkəri avtomobil yolu boyunca bütün yaşayış məntəqələrinin telefonlaşdırılması;
— Kəlbəcər, Laçın və Qubadlı rayonlarında yanacaqdoldurma məntəqələrinin qurulması;
— Kəlbəcər rayonu üçün yeni enerji ehtiyat xəttinin, təbii qaz kəmərinin çəkilməsi;
— Mərmər və digər tikinti materiallarının istehsalı müəssisələrinin qurulması və s…
Bundan başqa, Nazirlər Sovetinin müvafiq qərarı ilə Dövlət Plan Komitəsinə Kəlbəcər rayonunda sosial-mədəni-məişət, sağlamlıq, ticarət və istehsalat müəssisələrinin yaradılması ilə bağlı təkliflər hazırlamaq tapşırılıb. Hətta bu layihələrin icrasına nəzarətin təşkili məqsədilə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərlərindən ibarət xüsusi qərargah da yaradılıb.İkinci Qarabağ müharibəsinin ilk günlərində döyüşlər gedən zaman Kəlbəcərin şimal hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğalçılardan azad edilmişdir.10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən Kəlbəcər rayonu bir güllə atılmadan Azərbaycana təhvil verilmişdir. Vətən müharibəsində əldə etdiyimiz Qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, noyabrın 25- də Kəlbəcər rayonu Azərbaycana təhvil verilib. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edilib.Tarixi Qələbədən sonra Kəlbəcər rayonunun yeni inkişaf dövrü başladı.Müxtəlif sahələri əhatə edən infrastruktur layihələrinin icrasına start verilmişdir. Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağında inşa olunacaq 11.6 kilometrlik tunel regionun böyük logistik layihəsidir. Göygöl və Kəlbəcər rayonlarını birləşdirən avtomobil yolunun layihə uzunluğu 81 kilometr təşkil edir. Avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla 2-4 hərəkət zolaqlı olmaqla 1-ci və 2-ci texniki dərəcəyə uyğun olaraq inşa edilir.Kəlbəcər və Laçın rayonlarında 10-dan çox tunel inşa edilir. İcra olunan layihələr, həm mülki əhali üçün, həm hərbçilər üçün, həm də müdafiə nöqteyi-nəzərdən böyük əhəmiyyətə malikdirlər. İlin sonuna qədər yaşayış binaları, məktəb, xəstəxana inşa edilməsi nəzərdə tutulur. Hərbi hissələr, ictimai yerlər artıq fəaliyyət göstərir. Kəlbəcər rayonu təbii enerji potensialına malikdir. Xarici şirkətlər tərəfindən Kəlbəcər və Laçın rayonlarında külək elektrik stansiyalarının tikintisi ilə bağlı müraciətlər daxil olunur. Ən çətin relyefə malik olan Kəlbəcər dağlarından elektrik xətləri çəkilmişdir. Kəlbəcər-1 Kiçik Su Elektrik Yarımstansiyası inşa olunur, 110/35/10 kilovoltluq Kəlbəcər yarımstansiyası isə artıq istifadəyə verilmişdir.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bütün işğaldan azad olunmuş ərazilərdə o cümlədən Kəlbəcər rayonunda geniş miqyaslı tikinti quruculuq işlərinə başlanmışdır. Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2022-ci il tarixli Sərəncamı ilə təstiq olunmuş Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qaydışa dair I Dövlət Proqramı üzrə Kəlbəcər rayonunda çoxsaylı layihələrin həyata keçirilməsi nəzərdə tutulmuşdur. İşğaldan azad edilmiş ərazilərə Böyük Qaydış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetlərindən biri kimi müəyyən olunmuşdur.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qaydışa dair I Dövlət Proqramı üzrə nəzərdə tutulmuş tədbirlər uğurla həyata keçiriləcək və bütün keçmiş məcburi köçkünlər o cümlədən Kəlbəcər rayonunun sakinləri tezliklə öz doğma ata-baba yurdlarına qayıdacaqlar.

Aydan Rüstəmzadə,
Bakı Dövlət Universiteti
aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024