Mobil versiya
KƏLBƏCƏRIN IŞĞALINA SON QOYULDU – ŞƏRH
Tarix: 23-11-2022 | Saat: 14:38
Bölmə:Özəl | çapa göndər

KƏLBƏCƏRIN IŞĞALINA SON QOYULDU

Vətən Müharibəsində qazanılmış möhtəşəm Zəfərimizə görə, əlbəttə, başda Müzəffər Ali Baş Komandan olmaqla rəşadətli Azərbaycan ordusuna və cəsur azərbaycan hərbçilərinə borcluyuq. Lakin Qarabağ Zəfərinin təkcə hərb meydanında qazanılmdağı, bu zəfərin ölkəmizin tarixindəki ən böyük siyasi qələbə olduğu da gün kimi aydınıdr. Ağdam, Kəlbəcər  və Laçının bir güllə belə atılmdan düşmən işğalından azad olunması cənab Prezidentin böyük siyasi qələbəsi, diplomatik məharəti və qətiyyətinin təzahürüdür. Şuşanın işğaldan azad olunmasından sonra məğlubiyyətin qaçınılmaz olduğunu dərk edən Ermənistanın kapitulyasiya aktına imza atmaqdan başda çıxış yolu yox idi. Bunun nəticəsidir ki, noyabrın 10-da Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladıqları birgə Bəyanatda Ermənistan silahlı qüvvələrinin birləşmələrinin Kəlbəcər, Laçın və Ağdam rayonlarının ərazilərini qeyd-şərtsiz tərk etməli olduqları öz əksini tapmışdır.
Bəyanata əsasən, ermənilər Kəlbəcəri noyabr ayının 15-də Azərbaycana təhvil verməli idi. Lakin Ermənistanın müraciəti əsasında, Rusiyanın xahişindən sonra biz ermənilərin, həm də beynəlxalq hüquqa zidd olaraq, beynəlxalq hüquq pozuntusunun obyekti olaraq Kəlbəcərdə qanunsuz yerləşdirilmiş ermənilərin rayonu tərk etmələri üçün 10 gün əlavə möhlət vermişdik. Əslində biz 1993-cü ilin aprelində soydaşlarımızın Kəlbəcərdən zorakılıqla, qırğına məruz qalaraq, dağ yolları ilə piyada, ayağı yalın qovulmasını unutmamışıq və heç zaman da unutmayacağıq. Nə Kəlbəcərliləri belə qəddarlıqla öz doğma torpaqlarından qovan Ermənistan, nə də Azərbaycanın 10 günlük möhlətindən sonra  evləri, meşələri yandıran, təbiəti məhv edən ermənilər Azərbaycanın bu humanizminə layiq deyildi. Lakin biz yenə də insan haqlarına hörmət edərək, böyüklük və humanizm göstərərək ermənilərin Kəlbəcəri təhlüksiz şəkildə, rahatlıqla tərk etmələri üçün bütün şəraiti yaratmışdıq. Azərbaycanın bu humanizmi bu gün erməni lobbisinə boyun əyərək ölkəmizə qarşı bədnam qətnamə qəbul edən  Fransa başda olmaqla, bizi beynəlxalq hüququ pozmaqda ittiham edən bütün dövlətlərə verilə biləcək ən gözəl cavabdır.
Azərbaycanın qədim yaşayış məskənlərindən biri də Kəlbəcər rayonudur. Məhz “Kəlbəcər” sözünün mənşəyi qədim türk dilində (ilkin forması Kevilçer kimi qəbul edilib) “çay üstündə qala ”deməkdir. 1930-cu il 8 avqust tarixində Kəlbəcərə inzibati rayon statusu verilmişdir.
Kəlbəcər Azərbaycanın ən yüksək dağ rayonudur. Ən hündür zirvə Camış dağındadır. Burada ərazinin çox hissəsini meşəlik təşkil edir. Kəlbəcər rayonunun gözəl və zəngin təbiəti, yeraltı və yerüstü sərvətləri, münbit torpaqları vardır. Kənd təsərüfatında əsasən heyvandarlıq və əkinçilik inkişaf etmişdir.
1998-ci ildən başlayan elan olunmamış müharibədə Kəlbəcər camaatı qeyrətlə vuruşaraq təpədən dırnağacan silahlanmış və havadarlarına arxalanan erməniləri torpaqlarına yaxın qoymadılar. İşğala qədər kəlbəcərlilər min əzab-əziyyət çəkdilər, sarsıntılı, səksəkəli günlər yaşadılar. 1992-ci ilin aprelin 8-də Ağdaban kəndi ermənilərin amansız hücumuna dözə bilmədi, işğal olundu. Bu fürsəti əldən buraxmayan düşmənlər ən əhəmiyyətli Keçiliqaya yüksəkliyinə sahib çıxdılar. Beləliklə, 1993-cü il aprelin 2-də Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonu işğal olundu. İşğal nəticəsində Kəlbəcərdə 511 nəfər şəhid oldu, 231 nəfər itkin düşdü, yüzlərlə insan şikəst oldu.
1933-cü ilin qiymətləri ilə Kəlbəcərə azı 761 mln. ABŞ dolları dəyərində ziyan dəydi. Mənəvi ziyanlar isə heç deyiləsi deyil. 
Nəhayət, 25 noyabr 2020-ci il tarixində noyabr ayının 10-da imzalanmış üçtərəfli bəyanata əsasən Kəlbəcər rayonu bir güllə belə atılmadan işğaldan azad edildi. Azərbaycan Respublikasının Silahlı qüvvələri rayona daxil olmuş və nəzarəti ələ almışdır. Bu, Azərbaycanın döyüş meydanında olduğu kimi, diplomatik danışıqlarda da qalib olmasının göstəricisidir.
2021-ci il avqustun 16-da Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanımı Mehriban Əliyeva işğaldan azad olunmuş Kəlbəcər rayonunda səfərdə olmuşlar. Səfər zamanı Prezident İlham Əliyev Kəlbəcərdə Azərbaycan bayrağını dalğalandırdı. Prezident İlham Əliyevin fikri: “Kəlbəcər ərazi baxımından bizim ən böyük rayonlarımızdan biridir. Kəlbəcərin işğaldan azad edilməsi ilə Azərbaycanda turizmin və mədən sənayesinin inkişafında yeni bir mərhələ başlayacaq. Ermənistan tərəfi beynəlxalq hüququn tələbinə uyğun olaraq vurulmuş ziyani ödəməyə məcbur ediləcək.

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
Heydər Əliyev məktəbinin davamçıları Feysbuk qrupunun yaradıcısı,
YAP-ın fəal üzvü
aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-12-2024