Mobil versiya
İlhamə Abdullayeva: “Xalqın ümummilli lideri Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasına rəhbərliyi öz üzərinə götürməklə xilaskarlıq missiyasını həyata keçirməyə başlamış oldu”
Tarix: 22-11-2022 | Saat: 16:25
Bölmə:Gündəm / Özəl | çapa göndər

İlhamə Abdullayeva: “Xalqın ümummilli lideri Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasına rəhbərliyi öz üzərinə götürməklə xilaskarlıq missiyasını həyata keçirməyə başlamış oldu”

“Ulu öndər Heydər Əliyev öz ideyalarının müdrikliyi ilə tarix qarşısında üzərinə düşən vəzifələri şərəf və ləyaqətlə yerinə yetirərək zəngin və qüdrətli Azərbaycan qruculuğu yolunun əsas istiqamətini müəyyənləşdirmişdir. Təsadüfi deyil ki, Azərbaycanın ən yeni tarixinin hər bir məqamı ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti ilə qırılmaz şəkildə bağlıdır. 1993-cü ilin iyun ayının 15-də Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilməsi ilə müstəqil Azərbaycanın tarixində Heydər Əliyev epoxasının ən dinamik, gərgin, səmərəli dövrü başladı. Heydər Əliyev növbəti dəfə xilaskarlıq missiyasını üzərinə götürərək doğma xalqının köməyinə gəldi. Əgər 1969-cu ildə onun birinci gəlişi Azərbaycana dirçəliş və çiçəklənmə gətirdisə, 1993-cü ildə ulu öndərin ikinci dəfə qayıdışı dövlətimizi yox olmaq təhlükəsindən qurtardı. Bu qayıdışla ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun şəkildə müstəqil dövlət quruculuğu prosesi başlandı.”

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva deyib.

Müsahibimiz qeyd edib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev özünün xilaskarlıq missiyasını həyata keçirməyə məhz 1992-ci ildə Yeni Azərbaycan Partiyasına rəhbərliyi öz üzərinə götürməklə başlamışdır: “Cənab Prezident İlham Əliyevin cari ilin 21 noyabr tarixində Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə keçirilən tədbirdə etdiyi çıxışında da qeyd olunduğu kimi, 1991-1992-ci illərdə gənc Azərbaycan Respublikası çətin günlər yaşayırdı. Xalqımız böyük faciələrlə üzləşmişdi. Məhz belə bir ağır zamanda Azərbaycanın görkəmli nümayəndələri, ölkənin gələcəyini düşünən vətənpərvər insanlar ölkəmizin nicat yolunu Heydər Əliyevin simasında görürdülər və məhz buna görə həmin insanlar Ulu Öndərə müraciət ünvanlamışdılar. Həmin müraciətdə ümummilli liderimizdən yeni yaradılacaq siyasi partiyaya, Yeni Azərbaycan Partiyasına rəhbərlik etmək xahiş olunurdu. 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu konfrans Naxçıvanda keçirildi. Təsis konfransında ölkəmizin bütün bölgələrindən 500-dən çox nümayəndə iştirak edirdi və onların tarixi qərarları ölkəmizin yeni səhifəsinin açılmasına gətirib çıxardı. Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə keçirilmiş Yeni Azərbaycan Partiyasının təsis konfransından sonra ölkəmizdə xalqı öz ətrafında təşkilatlandıra biləcək yeni siyasi qüvvə yarandı. YAP-ın təsis konfransından yeddi ay sonra Heydər Əliyev xalqın tələbi ilə Bakıya dəvət edildi, parlamentin sədri seçildi. 1993-cü ilin oktyabrında isə Ulu Öndər Azərbaycan Respublikasının Prezidenti seçildi. Bundan sonra ümummilli liderin təşəbbüsü ilə ölkənin strateji xəttini müəyyən edən əsas addımlar atıldı. İlk növbədə, Konstitusiya qəbul edildi, dövlətçiliyin əsasları qoyuldu. Beynəlxalq təcrid, o cümlədən informasiya blokadası aradan qaldırıldı. Daha sonra Ulu Öndərin rəhbərliyi ilə çox ciddi iqtisadi islahatlara start verildi. “Əsrin kontraktı” və neft-qaz sahəsində ondan sonra aparılan işlər güclü maliyyə zəmini yaratdı. O vaxt atılan addımlar və qəbul edilmiş qərarlar bu gün Azərbaycanın müstəqil iqtisadi siyasət aparması və beynəlxalq müstəvidə müstəqil ölkə kimi özünü təsdiqləməsi baxımından müstəsna əhəmiyyət kəsb edtmiş oldu.Həmçinin ordu quruculuğu sahəsində atılan addımlar imkan verdi ki, Azərbaycan doğrudan da güclü və nizami ordu yaratsın. Məhz bu ordu 27 il sonra Vətən müharibəsində tarixi Qələbə qazanaraq torpaqlarımızın 20 faizinin ermənilər tərəfindən işğalına son qoydu.”

Daha sonra İ.Abdullayeva Azərbaycanın bugünkü uğurlarının da əsasında məhz Heydər Əliyev siyasi kursunun durduğunu vurğulayaraq bunlarıd deyib: “Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ümummilli lider Heydər Əliyev siyasi kursunun yüksək səviyyədə davam və daha da inkişaf etdirilməsi müasir dövrdə Azərbaycanın dinamik tərəqqisini şərtləndirən ən mühüm amil kimi çıxış edir. Ənənəyə sadiq qalaraq, yeni iş yerləri açılır, əhalinin sosial rifahı yüksəlir, dövlət büdcəsinin gəlirləri artır. Bu gün Azərbaycan artıq Avrasiya məkanında həyata keçirilən irimiqyaslı transmilli enerji və logistik layihələrin mühüm iştirakçısına, bir çox hallarda isə təşəbbüskarına çevrilmişdir. Ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təminatında rolu getdikcə artmaqdadır. Azərbaycan regionun lider dövləti olaraq, strateji məsələlərin həllində müstəqil və prinsipial mövqe nümayiş etdirməklə enerji təhlükəsizliyi sahəsində dünya birliyinin vacib partnyoruna çevrilib. Ölkəmizdə qısa müddət ərzində əldə olunmuş böyük uğurların təməlində əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən ictimai - siyasi sabitlik və vətəndaş həmrəyliyi dayanıb. Birmənalı olaraq qeyd etmək lazımdır ki, ümummilli lider Heydər Əliyevin başladığı və hal-hazırda cənab Prezident İlham Əliyev tərəfindən çox uğurla davam etdirilən siyasi kurs, sosial və iqtisadi inkişaf yolu Azərbaycan xalqının seçimidir”, - deyə İlhamə Abdullayeva fikirlərini tamamlayıb.





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-12-2024