Mobil versiya
Gəncədə ədliyyə işçilərinin peşə bayramı qeyd olunub
Tarix: 22-11-2022 | Saat: 13:44
Bölmə:Özəl | çapa göndər

Gəncədə ədliyyə işçilərinin peşə bayramı qeyd olunub

Gəncə şəhərində 22 noyabr Ədliyyə işçilərinin peşə bayramı günü və Azərbaycanın ədliyyə orqanlarının yaranmasının 104-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

aia.az xəbər verir ki, tədbir iştirakçıları öncə müstəqil Azərbaycan dövlətinin memarı Ulu öndər Heydər Əliyevin Gəncənin Baş meydanındakı abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüblər. Mərasimdə Gəncə şəhər şəhər rəhbərliyi, şəhərdə fəaliyyət göstərən məhkəmə və ədliyyə orqanlarının rəhbər işçiləri iştirak ediblər.
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov ədliyyə işçilərini peşə bayramları münasibətilə təbrik edərək onlara xidməti fəaliyyətlərində uğurlar arzulayıb. Ədliyyə orqanlarının fəaliyyəti və müstəsna rolu barədə danışan natiq bu bayramın Ümummilli lider Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli Sərəncamı ilə təsis olunduğunu qeyd edib. Bildirib ki, bu gün ölkəmizdə dövlət idarəçiliyinin həyata keçirilməsində, qanunçuluğun, insan hüquq və azadlıqlarının təmin olunmasında mühüm rol oynayan Azərbaycan ədliyyəsinin şanlı bir tarixi vardır. N.Bayramov əlavə edib ki, Azərbaycan Respublikasının Ədliyyə sisteminin inkişafı və təkmilləşdirilməsi daim dövlət başçısı İlham Əliyevin diqqət mərkəzindədir.
Çıxış edən digər natiqlər ölkəmizdə aparılan uğurlu hüquq islahatlarından, ədliyyə sisteminin inkişafından söhbət açıb, ədliyyə orqanlarının qanunçuluğun möhkəmləndirilməsi, vətəndaşların hüquqlarının etibarlı təmin olunması işində öz vəzifələrini layiqincə yerinə yetirdiklərini vurğulayıblar.
Azər Tağızadə
aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-12-2024