Mobil versiya
Tarix müqəddəs həqiqəti üzə çıxarır, zəruri ədaləti bərpa edir.
Tarix: 20-11-2022 | Saat: 11:07
Bölmə:Manşet / Siyasət | çapa göndər

Tarix müqəddəs həqiqəti üzə çıxarır, zəruri ədaləti bərpa edir.

Beynəlxalq hüquq xarici diplomatiyanın əsasını təşkil etməlidir. Azərbaycan dövləti hər zaman bu prinsiplərə sadiq qalır. Xüsusən ölkəmiz qonşu dövlətlərlə münasibətlərə daha həssas yanaşır.Əməkdaşlıq sazişləri və münasibətlərin düzənlənməsi zamanı dövlətimiz beynəlxalq hüquq normalarını qorumaqla yanaşı,bərabərhüquqlu tərəfdaşlıgın müdafiəçisi olub.
Azərbaycan İranla bağlı məsələlərə də hər zaman xüsusi həssaslıqla yanaşıb. İran İslam Respublikası ölkəmizin sıx əməkdaşlıq etdiyi ölkələrdən biri olub.
Bu da təsadüfi deyil. Məlum olduğu kimi, əhalisinin böyük hissəsi, 30 milyon nəfəri azərbaycanlılardan ibarət olan bu ölkə ilə müstəqil Azərbaycan dövlətini mədəni və mənəvi dəyərlər bağlayır. Məhz bunun nəticəsidir ki, ötən müddət ərzində ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən çoxsaylı ikitərəfli sənədlər imzalanıb.
Təəsüflər olsun ki, qonşu İran dövləti bu prinsiplərə sadıq qalmayıb.
Beləki,din amilindən sadəcə öz xarici siyasətinin aləti kimi istifadə edən İran,hər zaman İslam birliyindən və həmrəyliyindən danışan, özünü dünya müsəlmanlarının bir nömrəli təəssübkeşi kimi qələmə verərək ikili oyun oynayıb.
İran rəsmilərinin sözləri ilə əməlləri heç bir halda üst-üstə düşmür.
Bu cür riyakar siyasət bölgədə sülhün və əminamanlıgın davamlı qorunması üçün təhlükədir.
İran tərəfi heç vaxt beynəlxalq hüquqa məhəl qoymayıb.
İşgalçı Ermənistanla İranın qardaşlıq əlaqələri isə bu ölkənin müsəlman mövqeyinə ziddir.
Qarabagda müsəlmanların dini abidələrini, məscidlərini biyabırcasına təhqir edən erməni ünsürləri ilə əməkdaşlıq edən dövlət də ondan geri qalmaz.
Tarix müqəddəs həqiqəti ortaya çıxarır və zəruri ədaləti bərpa edir.
Bu həqiqət Qarabag savaşında bütün dünyaya nümayiş etdirildi.
Tərixi həqiqətin Zəfəri sülhsevər, hümanıst xalqların istək və arzusudur!

İlqar İlyasov
YAP Laçın rayon təşkilatının sədri
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024