YAP-ın təsis edilməsinin 30 illiyi münasibətilə tədbir keçirillib -Fotolar
Tarix: 19-11-2022 | Saat: 11:34
Bölmə:Gündəm / Özəl | çapa göndər
18 noyabr 2022 -ci il tarixdə Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının 23 saylı Kamallı-Çıraqlı Ərazi Partiya Təşkilatında Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 30 illiyi münasibətilə tədbir keçirilmişdir.
aia.az xəbər verir ki, Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra Yeni Azərbaycan Partiyasının yaradıcısı, müasir Azərbaycanın qurucusu ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksəlmiş oğulların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyasının Laçın rayon təşkilatının sədri İlqar İlyasov tədbir iştirakçılarını Yeni Azərbaycan Partiyasının yaranmasının 30-cu ildönümü təbrik edib onlara siyasi fəaliyyətlərində uğurlar arzulayıb
İ. İlyasov bildirdi ki , Yeni Azərbaycan Partiyası yarandığı gündən xalqımıza Azərbaycan tarixinin ən möhtəşəm səhifəsini, unudulmaz anlarını yaşadıb. Xalqın təkidi tələbi ilə hakimiyyətə gələn Heydər Əliyev ölkəmizdə vətəndaş müharibəsinin qarşısını aldı, dövlətimizi bəlalardan xilas etdi. Azərbaycanın üçrəngli bayrağını bütün dünyaya tanıtdı. Bu gün Heydər Əliyev irsinin layiqli davamçısı ölkə Prezidenti İlham Əliyev Azərbaycanımızı daha da inkişaf etdirir. Qətiyyətli, uzaqgörən siyasəti nəticəsində rəşadətli Ordumuzun qüvvəsi sayəsində 44 günlük müharibədə düşmən tapdağı altında olan ərazilərimiz azad edildi.
Qeyd edildi ki, hakim partiyanın yaranması yüksək səviyyədə təşkilatlanması milli tariximizdə görkəmli yer tutan Ulu Öndər Heydər Əliyevin şərəfli adı ilə bağlıdır. Yeni Azərbaycan Partiyası dövlət müstəqilliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyü, ictimai həmrəylik, sabit və sosial istiqamətli iqtisadiyyat yaratmaq məqsədilə yaradılan partiyadır. Bu gün də bu ənənələr layiqincə davam etdirilir.
Daha sonra çıxış edənlər - YAP Laçın rayon təşkilatının 23 saylı Kamallı- Çıraqlı kənd Ərazi Partiya təşkilatının sədri Samir Cəfərov, 44 Günlük Vətən Müharibəsi şəhidi Mansur Əhmədovun atası Mamed Əhmədov, rayon ziyalısı Fəxrəddin Paşayev, Laçın rayon Çıraqlı kənd tam orta məktəbinin direktor əvəzi Elnarə Vəliyeva, Partiya fəalları Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, partiyanın 30 illik fəaliyyəti dövründə xalqımızın taleyüklü problemlərinin həllindəki müstəsna xidmətlərindən, Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan möhtəşəm qələbədən danışdılar. Partiya fəalları işğaldan azad olunmuş ərazilərimizdə, o cümlədən Laçında aparılan quruculuq işlərini qürur hissi ilə vurğuladılar.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
30-10-2024
09:38 “Brent” nefti bahalaşdı