Mobil versiya
Mustafa Şəntop: “Azərbaycanda baş verənlər BMT-nin öz missiyasını icra edə bilmədiyini göstərdi"
Tarix: 18-11-2022 | Saat: 15:23
Bölmə:Siyasət | çapa göndər

Mustafa Şəntop:

“Azərbaycanda baş verənlər BMT-nin öz missiyasını icra edə bilmədiyini göstərdi".

aia.az “Anadolu”ya istinadən xəbər verir ki, bunu Türkmənistanda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop deyib.

Onun sözlərinə görə, beynəlxalq sistemin aktorları və qurumlar bu günün reallıqlarına uyğunlaşa bilmirlər: “Gürcüstan və Ukraynada baş verənlər də buna misaldır. Baş verənlər yeni beynəlxalq sistemə, BMT-də yeni struktura ehtiyac olduğunu göstərir”.

M.Şəntop bildirib ki, bu durumda regional əməkdaşlıq, beynəlxalq həmrəylik daha vacib məsələyə çevrilir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024