Mobil versiya
Şanlı Azərbaycan tarixi
Tarix: 17-11-2022 | Saat: 20:14
Bölmə:Özəl | çapa göndər

Şanlı Azərbaycan tarixi

Son ikiyüz ildə Azərbaycan tarixində qazanılmış möhtəşəm qələbə 44 Günlük Vətən müharibəsinin Zəfəridir.
Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Rəşadətli Azərbsycan ordusu ugurlu və qürurlu tarix yazdı.Sevindirici haldır ki, biz bu qələbənin qürurunu yaşayırıq.
Qazanılan möhtəşəm qələbəyə görə hər birimiz Müzəffər Ali Baş Komandana minnətdarıq.
8 Noyabr- Zəfər Günündə Şuşada keçirilən tədbirdə çıxış edən ölkə Prezidenti bildirdi ki, Şuşaya gedən yol 27 sentyabr tarixində başlamışdır. Müharibənin ilk günündən son gününə qədər Azərbaycan Silahlı Qüvvələri yalnız irəli gedirdi.
Şuşaya qədər bir çox şəhər və kəndlərimiz, o cümlədən Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı, Suqovuşan, 300-ə yaxın kənd, Laçının və Kəlbəcərin bir hissəsi döyüş meydanında azad edilmişdir. Şuşanın azad edilməsi Ermənistanı diz şökdürdü. 10 noyabr 2020-ci il tarixdə üçtərəfli Bəyanatın imzalanması ilə Azərbaycanın hərbi-siyasi Qələbəsi və Ermənistanın kapitulyasiyası təsdiqləndi. Onu da qeyd edək ki, Azərbaycan Ordusunun ilk gündən böyük qəhrəmanlıq, şücaət göstərərək bir neçə kəndi işğaldan azad etməsi erməni silahlı qüvvələrini təşvişə saldı. Hərbi texnikalarını, silah-sursatı qoyub qaçdılar. Ermənistan ordusunda 10 mindən çox fərari olmuşdur. Azərbaycan Ordusunda bir nəfər də olsun fərari olmamışdır. Bu, xalqımızın yüksək mənəvi keyfiyyətlərindən xəbər verir. Hərbçilərimiz “öldü var, döndü yoxdur” şüarı ilə döyüşlərə gedirdilər.
Bəli bu bizim şanlı və qürurlu tariximizdir.

Səbuhi İsmayılzadə
YAP Laçın rayon təşkilatının 1 saylı ƏPT sədrinin müavini
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə