Mobil versiya
Azərbaycan-özbək və Azərbaycan-qazax xalqları arasında olan qardaşlığın təzahürü
Tarix: 17-11-2022 | Saat: 14:37
Bölmə:Özəl | çapa göndər

Azərbaycan-özbək və Azərbaycan-qazax xalqları arasında olan qardaşlığın təzahürü


Azərbaycan və Özbək xalqlarının dostluğu qədim tarixi köklərə bağlı olduğu qədər də dərin və əhatəlidir.Cənubi Qafqazda, Mərkəzi və Orta Asiya ölkələri ilə siyasi, iqtisadi və bir çox sahələr üzrə əməkdaşlıq əlaqələrinə malik Azərbaycan - Özbəkistan münasibətləri son illər yüksələn xətlə inkişaf edir.Türk Dövlətləri Təşkilatı 2009-cu il oktyabrın 3-də Naxçıvanda imzalanan Naxçıvan Sazişi ilə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan arasında yaradılıb.2009-cu ildə Naxçıvan Zirvə Görüşündən başlayaraq, böyük inkişaf yolu keçən Türk Dövlətləri Təşkilatı çərçivəsində Azərbaycan türk dünyasının həmrəyliyinə öz töhfəsini verir.Azərbaycan türk dünyasının parçası kimi türkdilli ölkələr arasında əlaqələrin dərinləşməsində və inkişafında hər zaman fəal iştirak edib. Azərbaycanın bu platformada həmişə nüfuz sahibi olub. Bu gün Türk dünyası əməkdaşlıqda yeni mərhələyə qədəm qoyur. Bir birinin ardınca keçirilən görüşlər, möhtəşəm Sammit və qurultaylar bu əlaqələrin inkişafından xəbər verir.

44 günlük Vətən müharibəsi zamanı işğalçı Ermənistanın ədalətsiz mövqeyini pisləyən, Azərbaycanın ərazi bütövlüyünə qətiyyətli və birmənalı dəstəkləyən ölkələr sırasında ön yerdə olanlardan biri də Özbəkistan idi. Öz talelərinə sahib olmuş bu iki türk ölkəsi 30 ildən artıqdır ki, həyatın bütün sahələrində sıx əlaqə və əməkdaşlıq imkanlarını davamlı olaraq axtarır, tapır və işə salır. Türkdilli dövlətlərin birliyinin təşəkkülü isə bu ikitərəfli prosesə çoxyönlülük və mükəmməllik gətirir.Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələri bütün sahələrdə möhkəmləndirməyi Azərbaycan özünün xarici siyasətinin əsas prioritetlərindən biri kimi müəyyənləşdirib. Bu prioritetlik həm də qarşılıqlı xarakter daşıyır. Türk dövlətləri bir-birinin maraqlarına hörmətlə yanaşır, bir-birini dəstəkləyir və bir-birinə yardım göstərir. Çünki Türk dünyası coğrafiyası böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və digər imkanlara malikdir. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığı fəallaşdırmaq bütün tərəflərin mənafeyinə cavab verir. Cənab Prezident bütün beynəlxalq çıxışlarında olduğu kimi, bir daha Qarabağ münaqişəsinin həllinə toxunaraq vurğuladı ki,”Ermənistan dünya ictimai rəyini çaşdırmaq üçün əsassız olaraq Azərbaycanı hərbi təcavüzdə günahlandırmağa çalışır. Bu əsassız iddiaları qəti şəkildə rədd edirik. Biz öz torpaqlarımızda vuruşmuşuq və Ermənistan ordusunu məğlub edərək onları əzəli torpaqlarımızdan qovmuşuq. Biz, bu gün də Azərbaycan-Ermənistan sərhədi istiqamətində öz doğma torpaqlarımızdayıq”. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın azad olunmuş torpaqlara üç dəfə səfər etdiyini, Şuşada, Füzulidə, Zəngilanda və Cəbrayılda olduğunu Zirvə iştirakçılarının diqqətinə çatdıran Prezident İlham Əliyev digər türk dövlətlərinin başçılarını da Qarabağa və Şərqi Zəngəzura dəvət edib. İşğaldan azad edilmiş Füzuli rayonunda Özbəkistan tərəfindən tikiləcək məktəbə və Qazaxıstanın inşa etdirəcəyi Yaradıcılıq Mərkəzinə görə, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə minnətdarlığımı bildirən Prezident, bütün bunların Azərbaycan-özbək və Azərbaycan-qazax xalqları arasında olan qardaşlığın təzahürüdür.

Bu gün Azərbaycan bütün beynəlxalq platformada etibarlı tərəfdaş kimi tanınır.Dünyanın bir sıra dövlətlərinin başçılarının, beynəlxalq nüfuzlu təşkilatların rəhbərlərinin, tanınmış ictimai-siyasi və dövlət xadimlərinin Azərbaycan Prezidentinə olan etibarı,etimadı və nüfuzu ildən-ilə daha da artır. Dövlət başçımızın həyata keçirdiyi daxili və xarici siyasətin nəticəsidir ki, Azərbaycana beynəlxalq məkanda hər zaman əməkdaşlıq üçün önəmli tərəfdaş kimi baxılıb. Son otuz il ərzində Azərbaycan beynəlxalq təşkilatlar çərçivəsində fəal siyasət həyata keçirib və bu gün də davam edir. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan Prezidentinin qardaş ölkəyə səfəri, IX Zirvə görüşündə iştirakı İlham Əliyevin qlobal və regional nüfuzunun əyani təzahürüdür.Ən əsası isə artıq bugün ali ideya və prinsiplərin gerçəkləşməsi üçün zəmin olan Türk Dövlətləri Təşkilatının adını böyük sevinclə və qürurla çəkirik. O təşkilat ki, Azərbaycan orada cənab İlham Əliyevin möhkəm iradəsi, qətiyyəti ilə təmsil olunur. Ölkəmiz bu platformanın səfərbəredici missiya daşıyan mənbəyidir. İdeyaları, arzuları reallığa çevirəcək böyük mərkəzin hərəkətverici qüvvəsi və söz sahibidir Vətənimiz Azərbaycan!

Anar Məmmədov,
YAP Gədəbəy rayon təşkilatının məsləhətçisi
aia.az





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-12-2024