Mobil versiya
Türk dövlətlərinin birliyi və sıx əməkdaşlığının inkişafında Azərbaycanın xüsusi rolu var
Tarix: 17-11-2022 | Saat: 14:10
Bölmə:Manşet / Siyasət | çapa göndər

Türk dövlətlərinin birliyi və  sıx əməkdaşlığının inkişafında Azərbaycanın xüsusi rolu var

Türk dövlətlərinin birliyi, qarşılıqlı sıx əməkdaşlığı artıq ənənə halını alıb.
Bu proseslərdə Azərbaycan dövlətinin xüsusi təşəbbüskarlığı və rolu vardır.
Türk dövlətlərinin rəhbərləri açıq şəkildə bildirirlər ki, mehriban münasibətlər, qardaşlıq əlaqələrinin dərinləşməsində Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüskarlığı və rolu danılmazdır. Hazırkı dünya dönəmində baş verən hadisələr göstərir ki, Türk dövlətlərinin birliyi nəinki faydalıdır, həmçinin labüddür.
Prezident İlham Əliyev 11 noyabr tarixində Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə çıxışı zamanı bu məsələyə xüsusi diqqət ayıraraq vurğuladı ki,
Azərbaycan həmişə türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da türk dünyasının birliyi amallarına sadiq qalacaq. 2009-cu ildə Naxçıvan Zirvə Görüşündən başlayaraq Türk Dövlətləri Təşkilatı böyük inkişaf yolu keçmişdir. Türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir və böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malikdir.
Bu arada bir məqama da xüsusi diqqət yetirmək lazımdır ki,Türk Dövlətləri Təşkilatının üzvü olan ölkələrdən kənarda da çoxsaylı soydaşlarımız yaşayır.
O insanlar öz dilini inkişaf etdirməli, mədəniyyətini, tarixi adət ənənələrini qoruyub saxlamalıdır. Bu faktor hər zaman dövlət başçımızın diqqət mərkəzində olub.
Cənab Prezident öz çıxışı zamanı bu məsələyə də xüsusi diqqət yetirərək bildirdi ki, Türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri daha genişdir. Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatmışdır. Azərbaycan Prezidentinin bu məsələyə nə qədər həssaslıqla yanaşması mövcud problemlərin açıq şəkildə vurğulanmasıdan aydın olur.
Gənc nəslin yaşadıqları digər ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır. Əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti bu imkanlardan məhrumdur. Türk dövlətlərindən kənarda yaşayan soydaşlarımızın öz ana dilində təhsil almaları daim təşkilatın gündəliyində olmalıdır.
Azərbaycan Prezidentinin çıxışından bir daha aydın görünür ki, ölkəmiz türk birliyinin möhkəmlənməsinə maraqlıdır və öz töhfəsini verir.

İlqar İlyasov
YAP Laçın rayon təşkilatının sədri



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-04-2024