Mobil versiya
Xəzər rayonu üzrə fəaliyyət göstərən ümumtəhsil məktəblərinin fiziki tərbiyə müəllimləri ilə görüş keçirilib. -Fotolar
Tarix: 17-11-2022 | Saat: 13:33
Bölmə:Özəl | çapa göndər

Xəzər rayonu üzrə fəaliyyət göstərən ümumtəhsil məktəblərinin fiziki tərbiyə müəllimləri ilə görüş keçirilib.

Xəzər Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 124 saylı tam orta məktəbdə keçirilən görüşdə Xəzər Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev, İdarənin əməkdaşları, 5 nömrəli Uşaq-Gənclər İdman Məktəbinin direktoru Elman Rzazadə və ümumtəhsil məktəblərinin fiziki tərbiyə müəllimləri iştirak edirdi.

aia.az xəbər verir ki, görüşdə son illər ərzində məktəblərin maddi-texniki bazasının və idman infrastrukturunun möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər, həmçinin məktəblərdə şagirdlərin idmana olan marağının daha da artırılması, onların fiziki inkişafının təmin edilməsi məqsədilə görülən işlərdən də bəhs edildi.

Həmçinin görüşdə gələcəkdə İdarə tərəfindən keçiriləcək idman tədbirlərində məktəblilərin fəal iştirakını təmin etmək, onların sağlam həyat tərzi və vaxtlarının səmərəli təşkili məqsədilə həyata keçiriləcək işlər barəsində müzakirələr aparıldı.

Tahir Həsənov
aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-12-2024