Mobil versiya
Maliyyə savadlılığının artırılması üçün ödənişsiz seminarlar keçiriləcək!
Tarix: 17-11-2022 | Saat: 13:18
Bölmə:Özəl | çapa göndər

Maliyyə savadlılığının artırılması üçün ödənişsiz seminarlar keçiriləcək!

“Əbədi Birlik GİB” və “Azərbaycan Respublikasının Mərkəzi Bankı”nın təşkilatçılığı ilə bütün region nümayəndələrinin gəncləri üçün maliyyə savadlılığının artırılması ilə bağlı seminarlar keçiriləcək.

Virtual dərslər zamanı 4 seminar hər biri 2 saatdan təqdim olunacaq.

Dərslərin mövzusu:

1. Milli pullarımız və onların mühafizə eləmentləri
2. Neyro marketing
3. Əmanətlərin sığortalanması
4. Əsas elektron resurslarımızı təqdim edəcəyik:
4.1. Uşaqlar və pullar
4.2. Bankçılıq və rəqəmsal ödənişlər
4.3. Sığortaya giriş
4.4. İzafi borclanma , Tövsiyələr
və sairə dərslər üzrə müsabiqələr olacaq

Həmin seminarlarda iştirak edən gənclərə hədiyyə və sertifikatlar veriləcək

Qeyd: Seminarlar Bakıdakı gənclər üçün əyani, region gəncləri üçün onlayn olacaq. Əyani seminarlar Mərkəzi Bankda, onlayn seminarlar isə Zoom platformasında keçiriləcək.

Qeydiyyat üçün son tarix: 20.11.2022

Qeydiyyat üçün aşağıda göstərilən telefon nömrəsi ilə əlaqə saxlamağınız xahiş olunur:

+994 50 675 15 64

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-10-2024